Hakopyandan etiraflar: “Ərazi idarəetmə sistemindəki ixtisarlar SQ-nin ixtisarlarına bərabərdir”

2019/03/34534-1552381644.jpg
Oxunub: 651     13:57     12 Mart 2019    
“Həmin şəxslər maliyyə sahəsini yaxşı anlasalar da, müharibə və müharibə zamanı arxa cəbhə təminatının logistikasından heç bir şey anlamırlar”.

Ordu.az xəbər verir ki, bu barədə öz “Facebook” səhifəsində ictimai-siyasi xadim Mihran Hakopyan, Paşinyan hökümətinin yerli icra hakimiyyətlərində apardığı ixtisarlardan danışarkən bildirib.

İstənilən islahatın zamanında aparılmasının əhəmiyyətini vurğulayan Hakopyan qeyd edir ki, hazırda ərazi idarəetmə sistemindəki ixtisarlar Silahlı Qüvvələrin ixtisarlarına bərabərdir. O, dövlət strukturlarında şişirtmələrin olmasını etiraf etməklə yanaşı, bu ixtisarları apararkən olduqca diqqətli olmağı tövsiyə edir.

Qlobal mənada ixtisarların sosial-iqtisadi və mənəvi-psixoloji baxımdan mübahisəli olduğu halda, ərazi idaretmə sistemində ixtisarların aparılmasının ölkənin müdafiə qabiliyyətini ciddi təhlükə altında qoyduğunu qeyd edir. Onun fikrincə, müharibə şəraitində olan ölkənin arxa cəbhə təminatını yerli icra orqanları həyata keçirəcək. Hakopyan Qarabağ müharibəsi zamanı yerli idarəetmə orqanlarının fəaliyyətini xatırladaraq, səfərbərlikdən başlamış, təminat məsələlərinə qədər ərazi idaretmə sisteminin nə kimi rol oynadığını, əhəmiyyətini diqqətə çatdırmağa çalışıb.

O, münaqişənin sülh yolu ilə nizamlanmasına dair hökumətin fəaliyyətinin nəzərə çarpmadığını, Azərbaycanın isə geniş miqyaslı hərbi əməliyyatların bərpası ehtimalını gizlətmədiyini bir daha yada salmaqla, aparılan ixtisarların Ermənistanın təhlükəsizliyinə zərbə olduğunu qeyd edir.

Mihran Hakopyan ərazi idarəetmə sistemində aparılan ixtisarların 30-40%-nə yenidən baxılması zərurətinin olduğunu vurğulayır. Ərazi idarəetmə sistemini ordunun arxa cəbhəsi hesab edən erməni ictimai-siyasi xadimi, arxa cəbhə üzrə əsas tədbirlərdən olan mühəndis işlərinin aparılması, arxa cəbhə təminatının müxtəlif sahələrinin məhz yerli ərazi idaretmə sistemindən asılı olduğunu qeyd edir.

Bir sözlə Mihran Hakopyan arxa cəbhənin təminat orqanlarından biri olan ərazi idarəetmə sistemini arxa cəbhənin operativ təminat idaretmə fəaliyyətinin bütün logistik təminatı ilə bağlı və cəbhənin dayanıqlığının uzunmüddətli olmasının arxa cəbhə təminatının çevikliyindən asılı olduğunu qeyd edir.

Bu ixtisarların Maliyyə naziri və Baş nazirin köməkçisi tərəfindən təqdim edildiyini qeyd edən Hakopyan bildirir ki, həmin şəxslər maliyyə sahəsini yaxşı anlasalar da, müharibə və müharibə zamanı arxa cəbhə təminatının logistikasından heç bir şey anlamırlar. O tövsiyyə edir ki, bu ixtisarların aparılmasını Ermənistan Milli Təhlükəsizlik Şurası ilə məsləhətləşməyin mənası yoxdur və bu problem barədə MN, Baş Qərargahla məsləhətləşilməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Arxa-cəbhə-təminatı  

Hakopyandan etiraflar: “Ərazi idarəetmə sistemindəki ixtisarlar SQ-nin ixtisarlarına bərabərdir”

2019/03/34534-1552381644.jpg
Oxunub: 652     13:57     12 Mart 2019    