Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Dataleks” məhkəmə-informasiya sistemindən məlumat əldə edilib.
Məlumata görə, MN-in satınalma prosesində aşkar edilən mənimsəmə işi üzrə materiallar 4 il bundan əvvəl məhkəməyə göndərilib. Məhkəmə işin araşdırılmasına xitam verib, təqsirləndirilən şəxs isə həbsdən azad olunub.
2013-cu il avqustun 21-də “Ey Ar Ay Si Ti” şirkəti Ermənistan MN ilə operativ idarəetmə və vəziyyətə nəzarət mərkəzinin videokonfrans sisteminin yaradılması üçün zəruri avadanlıqların alınmasına dair müvafiq müqavilə imzalayıb. Müqavilənin dəyəri 485.831.189 dram təşkil edib və icrası zamanı sui-istifadə hallarına yol verildiyi müəyyən edilib.
Fakt üzrə külli miqdarda mənimsəmə ilə müşayiət olunan dələduzluq maddəsi üzrə hərbi prokurorluqda cinayət işi açılıb. Bir neçə ölkənin hüquq mühafizə orqanları ilə əməkdaşlıq nəticəsində alınan avadanlıqların dəyərinin süni şəkildə şişirdilməsini sübut edən sənəd nümunələrini əldə etmək mümkün olub. Hesabat qaimələrində saxta məlumatlar daxil edilmək yolu ilə ilkin məlumata əsasən 455 min ABŞ dolları həcmində mənimsəmə faktına yol verildiyi müəyyən olunub.
MN ilə müqavilə imzalanmazadan öncə şirkətin direktoru danışıqlar prosesində iştirak edib. Yaradılacaq sistemə tələb olunan avadanlıqların Ermənistan bazarında olmaması, yeni texnologiyaların tətbiq edilməsinin zəruriliyi, avadanlıqların xaricdən alınmasını və MN adından idxal edilərkən bəyannamədə göstərilməsi tələb olunmadığına görə, həmçinin alınacaq avadanlıqların Ermənistan bazarında olmadığı üçün təklif edilən qiymət müqayisəsinin aparılması məhdudiyyətini nəzərə alaraq, şirkət rəhbərliyi təklif ediləcək avadanlıqların say çoxluğunu nəzərə alaraq və görüləcək işin həcminin böyük olmasından faydalanaraq saxta şişirdilmiş qiymətlər təqdim edib.
Zəruri avadanlıqlar müxtəlif ölkələrdən əldə edilib. Şirkət tərəfindən mənimsəmə mexanzimini ifşa etmək üçün bir neçə ölkənin hüquq-mühafizə orqanlarına müvafiq yardım göstərilməsi üçün vəsatət göndərilib və əldə edilən və mənimsənilən maddi vəsait şirkətin maliyyə hesablarında müvafiq qaydada saxtalaşdırılıb.
Ermənistan MN-dən xüsusi ilə külli miqdarda 454.916,65 ABŞ dolları nisbətində 186.136.612 erməni dramı mənimsənilməsi faktına görə şirkət rəhbəri Aşot Sarkisyana qarşı Ermənistan cinayət məcəlləsinin 178-ci bəndinin 3-cü hissəsinin tələblərinə müvafiq cinayət işi açılıb və ilkin istintaq dövründə həbs qəti imkan tədbiri seçilib. Lakin iş məhkəməyə göndərildkdən sonra səhhətinin pis olması əsas götürülərək, həbs qətimkan tədbiri dəyişdirilərək cinayət işinin icraatına xitam verilib.
Təqsirləndirilən şəxsin səhhətinin indiki vəziyyətinin araşdırılması üçün müvafiq orqanlar heç bir tədbir görmür. Yarım milyon dollar dəyərində dəymiş ziyan bu günədək bərpa edilməmiş qalmaqdadır.
Alpər Mövludoğlu
Ordu.az