Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat şöbəsinin rəisi Naira Harutyunyan bildirib.
"RF-nin 22 yaşlı vətəndaşına ağır bədən xəsarətləri yetirməsi şübhəsi ilə 1990-cı il təvəllüdlü vilayət sakini həbs edilib", - deyə Harutyunyan qeyd edib.
Xatırladaq ki, Şirak vilayət istintaq idarəsində 22 yaşlı hərbi qulluqçunu bıçaqlama hadisəsi ilə bağlı cinayət işi açılıb.
Məhkəmə tibbi ekspertizası təyin edilib.
Alpər Mövludoğlu
Ordu.az