"Microsoft" Azərbaycan üçün süni zəka strategiyası hazırlayacaq

2019/03/thesi-1552311419.jpg
Oxunub: 25792     21:35     11 Mart 2019    
"Prezident İlham Əliyevin Davosda (İsveçrə) "Microsoft" şirkətinin vitse-prezidenti, eyni zamanda Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bellə görüşündə süni zəka ilə bağlı strategiyanın hazırlanması müzakirə edilib".

Ordu.az xəbər verir ki, bunu “Microsoft Azerbaijan”ın rəhbəri Sərxan Həşimov bildirib.

Onun sözlərinə görə, yeni strategiya bu ilin sonuna qədər hazırlana bilər.

"Hazırda tərəflər arasında dialoq gedir. Hər iki tərəf bu strategiyanın ən qısa zamanda hazırlanmasında maraqlıdır. Bəzi işlər var ki, onları süni zəka görsə, daha səmərəli olar, eyni zamanda daha keyfiyyətli kadrların hazırlanmasına gətirib çıxarar. Söhbət, əsasən, sənaye, maliyyə və təhsil sektorlarından gedir. Süni zəka bir tərəfdən bəzi işləri işçiyə ehtiyac olmadan görəcək, digər tərəfdən, daha yüksək peşəkarlıq tələb edən iş yerləri yaradacaq ki, kadr potensialı həmin istiqamətdə istifadə edilsin", - deyə şirkət rəsmisi qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Microsoft   SZ  


Bizi "telegram"da izləyin