Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, jurnalist söhbətə cari ilin yeni il axşamı cəbhədə ölən erməni hərbi qulluqçu Edqar Qriqoryanla bağlı məsələ ilə başlayıb.
O, ölən erməni hərbi qulluqçu barədə aidiyyatı qurumların rəsmi məlumat verməməsi, bayram axşamı içki məclisinin olması, istintaq orqanları tərəfindən intihar, yoxsa öldürmə faktının araşdırlması barədə fikirlərə aydınlıq gətirilməsini istəyib.
Davtyan bildirib ki, heç bir şey baş verməyib və Ermənistan Müdafiə Nazirliyi məlumat gizlətmək niyyətində deyil. O, konkret qeyd edilən fakt üzrə isə istintaq aparıldığını və bunun nəticəsində bütün zəruri suallara cavab veriləcəyini qeyd edib.
Erməni jurnalistin "Əgər anlaşılmaz bir şey yoxdursa, niyə MN məlumat verməyib?" deyə verdiyi sualdan Davtyan "Niyə Müdafiə Nazirliyi hər şeyi deməlidir?" deyə cavab verməklə yayınıb.
Jurnalist qeyd edib ki, məlumat verməməklə Müdafiə Nazirliyi ictimaiyyətdə şühbə yaranmasına əsas verir və informasiyanı gizlədir.
Davtyan isə bildirib ki, əgər qanunun tələbidirsə deməliyik, yox belə bir tələb yoxdursa, deməyə məcbur deyilik. O, hadisə barədə məlumatın gizlədilməsini bayram mühitinin nəzərə alınması ilə əlaqələndirib.
Orduda mobil telefon istifadəsinə icazə verildiyi və bunun acı nəticəsi kimi hadisənin baş verdiyini deyən jurnalistin sözlərinə cavaab olaraq Davtyan, bunun telefonla heç bir əlaqəsinin olmadığını, hadisənin yetişdiyini qeyd edib.
Jurnalistin "Su-25 təyyarəsinin qəzaya uğraması, 2 pilotun ölməsi ilə nəticələn hadisə zamanı uçuş qabağı hava şəraiti nəzərə alınmışdımı?" sualına da Davtyan, bu barədə məlumatın dəqiq olmadığını və istintaqın yekunlaşmadığını əsas gətirərək cavab verməyib.
2018-ci ilin noyabr ayında Ermənistan Müdafiə Nazirliyinə məxsus hərbi yük avtomobilinin qəza törətməsi nəticəsində 4 hərbi qulluqçunun ölməsindın sonra bəzi vəzifəli şəxslər vəzifədən azad edilsə də, məsuliyyətə cəlb edilən yoxdur. Jurnalistin günahkar şəxsləri vəzifədən azad etməklə məsələni həll etmiş hesab etdiklərinə dair verdiyi suala isə Davtyan jurnalistin yalnız mənfi hallar barədə soruşduğunu, heç bir müsbət irəliləyişdən bəhs etmədiyindən şikayətlənib.
Konkret baş verən hadisə ilə bağlı isə Davtyan eyni standart cavabı verib: "İstintaq aparılır, yekunda günahkar şəxslər məlum olacaq".
Alpər Mövludoğlu
Ordu.az