HVAVO-dan Ermənistan ordusu və prokurorluğuna: "Ölüm hadisələrini gizlətməyin"

2019/03/34534-1552302668.jpg
Oxunub: 21261     20:09     11 Mart 2019    
2019-cu ilin martın 4-də KİV-lərdə 2019-cu ilin 2 ayı ərzində Ermənistan Silahlı Qüvvələrində və işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan erməni bölmələrində rəsmi olaraq açıqlanmayan ölümlər barədə informasiya yayıldı.

Xəbər verdiyimiz kimi, Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi tərəfindən hərbi qulluqçuların ölüm hadisələrinin manipulyasiya edilməsi barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin və Baş Prokurorluğun açıqlamaları pislənildi və tənqid edildi.

Qeyd edilirdi ki, rəsmi qurumların bu cür münasibəti illərdir davam edir və təşkilat olaraq HVAVO daim buna qarşı mübarizə aparıb. Bu mübarizədən sonra Ermənistanın rəsmi qurumları baş verən ölüm hadisələrini iki qrupa hərbi xidmətlə əlaqəli olan və olmayanlara bölərək həll etməklə kifayətləndi.

HVAVO hesab edir ki, hərbi xidmətdə olan hərbi qulluqçunun ölüm şəraitindən asılı olmayaraq, bunu hərbi xidmətlə əlaqəli olan və olmayan deyə qruplaşmaya bölmək olmaz. Əlavə olaraq bildirildi ki, təşkilat tərəfindən hazırlanan hesabatlarda bu cür bölüşdürmə aparılmayıb. Buna bənzər münasibət 2018-ci ilin 18 fevral tarixində Ermənistan prokurorluğu tərəfindən də olub.

HVAVO 2016-cı ildən başlayaraq, rəsmi məlumat verilməyən bir çox ölüm hadisələri barədə faktlar ifşa etdiyini qeyd etdi.

Belə ki, 2016-cı ilin yekunlarına əsasən Ermənistan Silahlı Qüvvələrində və işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan erməni ordusunun bölmələrində hərbi qulluqçular arasında 162 ölüm faktı (Aprel döyüşləri istisnadır) qeydə alınıb. 2017-ci ilin yanvarın 16-da bu məlumat dərc edildikdən sonra təşkilatın əlavə araşdırmalarla hazırladığı hesabat statistikasına görə əslində ölənlərin sayının çox olduğu və əlavə olaraq 13 hərbi qulluqçunun adları ortaya çıxarılıb. Bu 13 ölüm hadisəsi nə rəsmi mənbələrdə, nə də KİV-lərdə öz əksini tapmayıb.

2017-ci ilin yekunlarına əsasən isə ilkin məlumat olaraq Ermənistan Silahlı Qüvvələrində və işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan erməni ordusunun bölmələrində hərbi qulluqçular arasında 59 ölüm faktı qeydə alınıb. Əlavə araşdırmalar nəticəsində isə daha 5 erməni hərbi qulluqçunun ölüm faktı aşkarlanıb. Daha sonra prokurorluq öz açıqlamasında ölən daha 2 nəfər hərbi qulluqçunun adını vurğulayıb.

2018-ci ilin yekunlarına əsasən Ermənistan Silahlı Qüvvələrində və işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan erməni ordusunun bölmələrində hərbi qulluqçular arasında 47 ölüm faktı qeydə alınıb. Əlavə araşdırmalar nəticəsində isə daha 16 hərbi qulluqçunun ölüm faktı aşkarlanıb.

Bununla da, təşkilat tərəfindən qeyd edilirdi ki, Ermənistan Silahlı Qüvvələrindəki ölümlər barədə məlumatların təqdim edilməsində kifayət qədər şəffaflıq təmin edilməyib.

HVAVO tərəfindən ölüm hadisələrinin açıqlanması, ictimaiyyətin düzgün məlumatlandırılması üçün Ermənistan Müdafiə Nazirliyinə, Hərbi Prokurorluğa və istintaq orqanlarına çağırış edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HVAVO   Ermənistan-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin