Kopirkin rus hərbi qulluqçunun bıçaqlanması barədə: "Faciəli bir hadisədir"

2019/03/34534-1552300464.jpg
Oxunub: 21382     14:32     11 Mart 2019    
"Tədqiqat tərəfindən detalları izah ediləcək faciəli bir hadisədir. Əlbəttə ki, bu hamıya xoş gəlmir. Şübhəsiz ki, hər şeyin daha çox fərqli olmasını istəyənlər var".

Ordu.az xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri, Sergey Kopirkin Gümrüdə rus hərbi qulluqçunun iştirakı ilə baş verən hadisəyə münasibət bildirərkən deyib.

O qeyd edib ki, hərbi bazanın hərbçilərinin iştirakı ilə baş verən hadisələr Ermənistandakı hərbi bazanın missiyasına kölgə salmır. Səfirin sözlərinə görə isə, bu tək təhlükəsizlik məsələsi deyil.

"Tədqiqat tərəfindən detalları izah ediləcək faciəli bir hadisədir. İnanıram ki, Ermənistanda bir çox insanlar rus hərbçilərinə qarşı xoş niyyətli dostluq nümayiş edirlər, yalnız bu bölgədə təhlükəsizliyin təmin edilməsi üçün deyil, həm də sosial-iqtisadi inkişafa kömək kimi hərbi bazanın və hərbi qulluqçuların rolunu anlayırlar. Əlbəttə ki, bu hamıya xoş gəlmir. Şübhəsiz ki, hər şeyin daha çox fərqli olmasını istəyənlər var", - deyə Kopirkin qeyd edib.

Xatırladaq ki, hadisə martın 8-də, gecə saat 01:00 radələrində döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə, huşsuz vəziyyətdə 102-ci rus hərbi bazasının hərbi qulluqçusu, 22 yaşlı Racan Kajimirov “Gümrü” tibb mərkəzinə təxliyyə edilib.

Gümrü Tibb Mərkəzinin direktor müavini Armen Xaçatryan bildirib ki, o, daha sonra Gümrü tibb mərkəzindən Rusiyanın hərbi bazasındakı hərbi hospitala aparılıb.

Şirak vilayət prokuroru Karen Qabrielyan isə qeyd edib ki, dünən Gümrü stansiyasının meydanına yaxın yerləşən gecə klublarından birində döyülmə işi üzrə hələlik şübhəli və ya həbs edilmiş şəxs yoxdur.

Cinayət işi çərçivəsində dava iştirakçılarını aşkar etmək üçün tədbirlər davam etdirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   Cinayət  


Bizi "telegram"da izləyin