Ordu.az xəbər verir ki, bu barədə "iravaban.net" saytı məlumat yayıb.
Erməni deputatlar, qanunda müvafiq dəyişikliklər edilərək, müddətli həqiqi hərbi xidmətinin 1 ili tamam olmayan hərbi qulluqçuların döyüş növbətçiliyinə cəlb edilməsinin qadağan olunmasını təklif edirlər.
Onlar qeyd edir ki, qüvvədə olan qanunda hansı müddətli xidmət hərbi qulluqçularının döyüş növbətçiliyinə cəlb edilməsinin qadağan olunduğu dəqiq siyahı ilə öz əksini tapıb.
Sözügedən qanunda əksini tapan siyahıya görə, döyüş növbətçiliyinə cəlb edilə bilməzlər:
- 63 yaşı tamam olan, 3-cü və ya 2-ci qrup əlilliyi olan valideynlərin tək övladı;
- Döyüş əməliyyatlarında, yaxud silahlı qüvvələrdə və digər qoşunlarda qulluq zamanı, həmçinin beynəlxalq müqavilələrə əsasən Ermənistanda dislokasiya olunan xarici ölkələrin bölmələri tərkibində xidməti vəzifə borclarını yerinə yetirərkən həlak olan, ölən atası, anası, qardaşı, bacısı olduqda;
- Ailəli və 1 övladı olan;
- Valideynləri ölən;
- Bir valideyni ölən və həmin ailənin tək övladı olan, yaxud ailənin digər uşaqlarının azyaşlı və əlilliyi olması, yaxud məhkəmə hökmü ilə iş qabiliyyəti olmadıqda.
Erməni deputatlar hesab edir ki, cəbhədə daha təcrübəli və döyüş qabiliyyətli şəxslər durmalıdır. Bununla, həmçinin döyüş növbətçiliyi zamanı insan itkilərinin qarşısının alına biləcəyi də hədəflənir. Onlar bu problemin qanuni həllinə nail olmağın zəruriliyini qeyd edirlər.
Alpər Mövludoğlu
Ordu.az