Bakıda NATO-nun təlim kursu keçirilib

2019/03/43bf5-1552290746.jpg
Oxunub: 27524     11:52     11 Mart 2019    
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2019-cu il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “NATO-da təlimlərin əməliyyat səviyyəsində planlaşdırılması prosesi” mövzusunda təlim kursu keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, kursun iştirakçılarına NATO-nun strukturu, hərbi tərəfdaşlıq və təlim prosesi barədə məlumat verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Təlim-kursu  


Bizi "telegram"da izləyin