Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb

2019/03/34234-1552289266.jpg
Oxunub: 23687     11:26     11 Mart 2019    
Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Müdafiə Nazirliyi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi birgə tədbirlər həyata keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Müdafiə Nazirliyi ilə imzalanmış birgə tədbirlər planına uyğun olaraq, komitə nümayəndələri cəbhə bölgəsində yerləşən hərbi hissələrdə hərbi qulluqçularla görüşüb.

Görüşdə gənclərin zərərli vərdişlərdən qorunmasında milli mənəvi dəyərlərimiz rolu mövzusunda söhbətlər aparılıb və şəxsi heyətin “Şəhadət” filminə baxışı təşkil olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Dini-qurumlar  


Bizi "telegram"da izləyin