Ordu.az xəbər verir ki, bu sözləri "Respublikaçılar" partiyasının sözcüsü, Ermənistan parlamentinin keçmiş sədr müavini Eduard Şarmazanov öz "Facebook" səhifəsində ATƏT-in Minsk qrupunun sonuncu bəyanatına münasibət bildirərkən deyib.
Şarmazanovun sözlərinə görə, bu, Ermənistanın Dağlıq Qarabağ üzrə danışıqlar prosesində zəiflədiyini sübut edir.
"Minsk Qrupunun həmsədrlərinin bəyanatını oxudum. Həmsədrlər ilk dəfə olaraq Ermənistan rəhbərliyi üçün bir sillə və ya sarı kart hesab edilə biləcək bəyanat verdilər. Həmsədrlər aprel döyüşlərindən sonra İrəvanda danışıqlar prosesinin son mərhələsində Qarabağın (qondarma qurum-red.) iştirak etməli olduğunu bəyan edirdilərsə, indi əksini iddia edərək Paşinyana əks zərbə vururlar. Bu, yeni hökumətimizin cahil və populist siyasətinin nəticəsidir. Aydındır ki, bizim mövqeyimiz danışıqlar prosesində zəifləyib", - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az