NATO-nun Kodifikasiya Sisteminə qoşulma ilə bağlı tanışlıq görüşü keçirilib

2019/03/4c7e6-1552288556.jpg
Oxunub: 27055     11:15     11 Mart 2019    
Müdafiə Nazirliyində Azərbaycan Respublikasının NATO-nun Kodifikasiya Sisteminə (NKS) qoşulması ilə əlaqədar tanışlıq məqsədli görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, görüşdə ölkəmizdə səfərdə olan NATO Dəstək Agentliyinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələrinə NKS haqqında ətraflı məlumat verilib.

Müdafiə Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin birgə iştirakı ilə keçirilən tədbirlərdə sistemin təqdimatı keçirilib, həmçinin onun faydaları, qoşulma prosedurları və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Azərbaycan  


Bizi "telegram"da izləyin