Rabitə taqım komandiri: “Düşmən aprel döyüşlərində Sovet dövrünün rabitə vasitələrindən istifadə edirdi” – MÜSAHİBƏ

2019/03/53574-1552282132.jpg
Oxunub: 2100     12:54     11 Mart 2019    
Hərbidə ən önəmli və vacib olan sahələrdən biri də rabitədir. Rabitə əlaqələrinin təşkil edilməsi təbii ki, döyüş şəraitində ən vacib amil hesab edilir. Bu əlaqələrin düzgün təşkil edilmədiyi əməliyyatlarda uğurun əldə edilməsi mümkün deyil. Peşəkar səviyyədə rabitənin təşkili isə hər bir əsgərdən manqalara, manqalardan taqımlara, taqımlardan bölüklərə və hücumda olan digər bölmələrə çıxışıları təmin edirsə, bu halda əməliyyat rayonunda maksimum uğur, minimum itgi ola bilər. Son zamanlar inkişaf edən rəqəmsal texnologiyanın inkişafı hərbidə dayanıqlı rabitənin tam müasirləşməsinə də təsirsiz ötüşməyib.

Ordu.az olaraq bu gün ordumuzda tətbiq edilən müasir rabitənin üstünlüklərindən söz açacağıq.

Müsahibimiz, “N” saylı hərbi hissənin rabitə bölüyünün telefon taqım komandiri leytenant Elvin Hüseynovdur.

- Hərbidə ən əsas sahələrdən biri olan rabitənin müasir dövürdəki təşkili necə aparılır?

- Azərbaycan ordusunda olan dinamik inkişaf göz qabağındadır. Burada təkcə əsgərlərin sosial durumu, onların yemək və yaşam şəraiti deyil, ümumilikdə hərbidə istifadə edilən bütün vasitələr tam, dünya standartlarına cavab verəcək səviyyədə inkişaf etdirilib. Əlbəttə ki, hərbi anlayışda müasir silahlarla yanaşı, rabitə mütləqdir. Çünki hərbini rabitəsiz təsəvvür etmək mümkün deyil. Bu gün çox şükürlər olsun ki, ordumuzda bu cür müasir silahlarla yanaşı ən son tətbiq edilən rəqəmsal rabitə vasitələrindən də istifadə edilir.

- Əvvəlki rabitə vasitələrilə müqayisə etsək, aradakı fərqi necə dəyərləndirə bilərik?

- Sizə belə deyim, əgər bir müddət öncə rus ordusundan qalma rabitə vasitələrindən istifadə edilirdisə, artıq müasir rəqəmsal aparatlardan istifadə edilir. Əgər əvvəlki radioqəbuledicilərdə müxtəlif tezliklərə düşmək və dinləmək olurdusa, müasir rabitədə bu ümumiyyətlə mümkün deyil. Bir üstünlük isə burasındadır ki, əgər əvvəlki radioqəbuledicilər düşmən əlinə keçərdisə, onda müəyyən edilən tezliyi düşmən müəyyən edə bilərdi. Lakin müasir rabitə sistemlərində bu tezliyi təmamilə məxfiləşdirmək mümkündür. Belə ki, cihazın düşmən əlinə keçəcəyi təqdirdə məlumatların hansı tezliklə qurulan əlaqə ilə göndərilməsini müəyyən etmək mümkün deyil.

- Müasir sistemlərin informasiyanı əvvəlki sistemlərlə müqayisədə ötürmə qabiliyyətində də fərq varmı?

- Rabitə sahəsində bu cür yeni texniologiyaların tətbiqi, informasiyanın daha dəqiq və vaxt itirmədən çatdırılmasında əvəzsiz vasitədir. Hazırda, Azərbaycan hərbi birləşmələrində bu cür rabitə vasitələrinin köməyindən istifadə edilir. Yeni nəsil hərbi rabitə vasitələrilə ötürülən informasiyalar bir mənbədən digərinə etibarlı şəkildə çatdırılır. Onu da qeyd etmək istəyirəm ki, müasir texnologiya həm də informasiyanın ötürülməsində olan etibarlılığı təmin edir. Əgər köhnə Sovet ordusundakı rabitə cihazlarında əlaqələrin yaradılması bir çox hallarda öz etibarlılığını itirirdisə, yeni nəsil radioqəbuledicilərlə ötürülən informasiyalar, özünün etibarlılığın tam təmin edir. Müasir texnologiyalarda informasiyanın rəqəmsal şəkildə çatdırılması ilə yanaşı informasiyanı etibarlı bir şəkildə və tez almaq mümükün olur. Bu da mənbələr arasında etibarlı rabitənin yaranmasına daha çox kömək edir.

- Ordumuzda müasir texnologiyaların ən son modellərlə təmin olduğunu dediniz. Bu sahədə bizim düşmənlə müqayisədə nə qədər fərqimiz yaranıb?

- Xüsusilə qeyd etmək lazımdır ki, biz hərbi sahədə aparılan islahatlarda, rabitə sahəsində də düşmənlərdən öndəyik. Buna misal olaraq, hərbi əməliyyatların aktiv olduğu son aprel hadisələrini göstərmək olar. Həmin hadisələr zaman darmadağın edilən düşmən mövqelərindən əldə edilən hərbi qənimətlər bunu deməyə əsas verir ki, onlarda hələ də keçmiş Sovet ordusundan qalmış silahlarla yanaşı, həmin dövrün rabitə avadanlıqlarından da istifadə edilir. Lakin bizim əks hücuma keçən bölmələrimizdə yeni rabitə texnologiyalarının tətbiqi ilə müasir texnologiyalardan istifadə edilmişdi. Ən düzgün rabitənin qurulması isə uğur əldə etməyimizə səbəb oldu.

- Bəs müasir texnologiyalar, tərəflərin bir-birinə ötürdüyü informasiyaları, digər tərəfin dinləməsinə imkan verirmi? Az öncə qeyd etdiniz ki, köhnə radioqəbuledicilərdə bu mümkün idi?

- Bəli, müasir rəqəmsal texnologiyaların tətbiqi təkcə informasiyanın eyni tərəflərdə olan bir mənbədən digərinə ötürülməsində deyil, həmçinin qarşı tərəfin ötürdüyü informasiyaların da vaxtında qarşısını almağa imkan verir. Bu da, düşmən tərəfinin yaydığı dezinformasiyanın qarşısının vaxtında almağa imkan verir. Bunun tətbiq edilməsi isə olduqca uzun bir vaxt aparır. Sadəcə fərq ondadır ki, köhnə radioqəbuledicilər düşmən əlinə keçəndə o tezliyi müəyyən edə bilir. Müasir texnologiyada isə eyni şəbəkədə olsan belə xüsusi dalğaya yalnız müəyyən edilən cihazlar bağlanır ki, bunu da qarşı tərəfin dinləməsi mümkün deyil.

- Son bir neçə ildir ki, düşmən tərəf cəbhə xətti boyunca parolsuz internet şəbəkəsi yayımlayır. Nəzərə alsaq ki, bu da rabitə sahəsinə aiddir, o zaman bir sual yaranır. Düşmən bu rabitə şəbəkəsini yayımlamaqla nə əldə etmək istəyir?

- Bu əvvəllər mümkün ola bilərdi. Heç kimə sirr deyil ki, müasir mobil telefonlarla artıq, çoxsaylı əməliyyatlar etmək mümkündür. Burada, həmçinin bir mobil telefondan, digər mobil telefona qoşularaq oradakı informasiyaları əldə etmək də daxildir. Düşmən tərəfinin əsas hədəflərindən biri də həmin mobil telefonların izlənməsi vasitəsilə orada olan yazışmaları əldə etmək niyyətidir. Amma onu da deyim ki, artıq bu heç cür mümkün deyil. Çünki birincisi bu olduqca həssas bir məsələ olduğu üçün, hərbiçilərimiz də bu cür mobil telefonlar işlətmədiyindən onların bu cəhdi boşa çıxır. İkincisi isə cəbhə xəttində yaşayan və əsas əkin sahələri həmin zolağa yaxın olan sakinlər arasında maarifləndirici söhbətlər aparılıb, parolsuz internet şəbəkələrinə aldanaraq həmin şəbəkələrdən istifadə edilməməsi tövsiyyə edilib. Ən əsası isə hazırda düşmənin yaydığı parolsuz internet şəbəkəsinin bizim nəzarətimiz altında olan ərazilərdə yayımlanmasının qarşısının elə müasir texnologiyalar vasitəsilə alınmasıdır.

- Çox sağ olun! Təşəkkür edirəm!

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Rabitə  

Rabitə taqım komandiri: “Düşmən aprel döyüşlərində Sovet dövrünün rabitə vasitələrindən istifadə edirdi” – MÜSAHİBƏ

2019/03/53574-1552282132.jpg
Oxunub: 2101     12:54     11 Mart 2019    