“Əgər Paşinyan ikinci ssenari üzrə hərəkət edərsə, böyük təhlükə olacaq” – Aşotyan

2019/03/3d7ea-1552038499.jpg
Oxunub: 33146     13:47     08 Mart 2019    
“ATƏT-in Minsk Qrupu həmsədrləri, həmçinin Avropa İttifaqı rəsmiləri, o cümlədən Yohanes Han və Frederika Moqerini Qarabağın (qondarma qurum-red.) danışıqlar masasına qaytarılmasına dair Paşinyanın təşəbbüsünü alıqışlamırlar”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Respublikaçılar partiyasının sədr müavini, erməni parlamentinin xarici münasibətlər daimi komissiyasının sabiq sədri Armen Aşotyan bildirib.

“İlkin şərt olmadan nizamlama haqqında danışarkən, Qarabağ (qondarma qurum-red.) cəlb edilmədən, Ermənistan-Azərbaycan formatını nəzərdə tutublar”, - deyə Aşotyan bildirib.

Eyni zamanda Aşotyan qeyd edib ki, qarşıda İlham Əliyevlə gözlənilən görüşdə Paşinyan dediyi sözləri, yəni Qarabağı (qondarma qurum-red.) danışıqlar masasına qaytarmağı yerinə yetirməyə cəhd edəcək.

“Digər tərəfdən Paşinyan, ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində Ermənistan ucbatından danışıqlar prosesinin fəallaşması və iflic edilməsi təsəvvürü yaratmamalıdır. Əgər Paşinyan ikinci ssenari üzrə hərəkət edərsə, Azərbaycanın mümkün hərbi əməliyyatları beynəlxalq aləmin bir hissəsində özünə haqq qazandıra biləcəyinə dair, böyük təhlükə olacaq”, - deyə sabiq itidar nümayəndəsi olan Aşotyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin