DSX Ağstafada: Sürətli yenidənqurma və görülən işlər - EKSKLÜZİV (FOTOLAR)

2019/03/01-(2-18622306956.jpg
Oxunub: 3537     11:46     06 Mart 2019    
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Qazax və Ağstafa rayonları ərazisində Ermənistan ilə dövlət sərhədində yerləşən döyüş postlarının Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınması barədə tapşırığı dövlət sərhədlərimizin tam mühafizə altına götürülməsinin əsasını qoyub.

Ordu.az olaraq bu dəfə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinə səfərimiz zamanı bu tapşırığın sərhədçilər tərəfindən Qazax rayonu ərazisində olduğu kimi, Ağstafa rayonu ərazisində də şərəflə icra olunmasının, sərhədçilər üçün bu ərazilərin həm sərhəd, həm də səngər olmasının, hazırda bu istiqamətdə dövlət sərhədinin mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl və dinamik işlərin davam etdirilməsinin şahidi olduq.

Dövlət sərhədinin həmin ərazilərindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin inşası yüksək templə davam etdirilir. Müşahidə, mühafizə və müdafiə məntəqələrinin əhəmiyyətli hissəsində həyata keçirilən əsaslı dəyişikliklər şəxsi heyət üçün lazımi xidməti və məişət şəraitinin yaradılmasına, düşmənlə üz-üzə xidmət aparan əsgərlərin rahatlığına, mənəvi-psixoloji durumunun daha da yüksəldilməsinə hesablanıb.

Bir sözlə bu istiqamətdə formalaşdırılan sərhəd mühafizə bölmələrinin idarəetmə sistemi təkmilləşdirilib, sərhəd məntəqələri müasir silah, döyüş texnikası və texniki avadanlıqlarla təchiz edilib, maddi-texniki baza möhkəmləndirilib, şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılıb.

Sərhəd döyüş məntəqələri dağlıq ərazidə yerləşsə də, bura gedən yollar da əsaslı şəkildə yenidən qurulur. Qarlı, şaxtalı və yağışlı havada texnikaların və xidməti avtomobillərin təhlükəsiz hərəkəti təmin edilir.

Sərhədçilərlə görüşlərimizdə, apardığımız söhbətlərdə onların vətənpərvərliyinin və yüksək döyüş ruhunun şahidi olduq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən və Ermənistan ilə dövlət sərhədində xidmətə başlayan ilk sərhədçilərdən olmaqdan irəli gələn fərəh və qürur hisslərini müşahidə etdik və bu hissləri onlarla bölüşdük.

Müqəddəs üçrəngli bayrağımızı sərhəd döyüş məntəqələrində ucaldan zabitlərin, gizirlərin, çavuşların və əsgərlərin istənilən hərbi tapşırığı icra etmə əzmini, döyüş ruhunu və peşəkarlığını, ən əsası isə Vətən uğrunda canını və qanını əsirgəməməklə hər bir çətinliyi dəf etməyə hazırlığını müşahidə etdikcə dövlət sərhədlərinin mühafizəsinin etibarlı əllərdə olmasına, düşmən üzərində son qələbənin yaxın olmasına əminliyimiz daha da artdı.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DSX   Ağstafa   Yenidənqurma  

DSX Ağstafada: Sürətli yenidənqurma və görülən işlər - EKSKLÜZİV (FOTOLAR)

2019/03/01-(2-18622306956.jpg
Oxunub: 3538     11:46     06 Mart 2019    