"Ruslar Qarabağ münaqişəsinin uzunmüddətli həllinə meyillidirlər" - Uorlik

2019/03/13a5d-1551781922.jpg
Oxunub: 12567     14:22     05 Mart 2019    
"Cənubi Qafqazda uzunmüddətli sülhün olması məhz Kremlin maraqlarına cavab verir. Mən hesab edirəm ki, ruslar Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə meyillidirlər".

Ordu.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosuna verdiyi müsahibəsində bildirib.

Uorlik, həmsədr kimi səlahiyyətlərinin icrasına başladığı ilk anlardan Rusiyanın münaqişənin həllinə meyilli olmadığı, burada öz maraqları və planları olması barəsində davamlı eşitdiyini qeyd edib.

Lakin o, vəzifədə olduğu 3 il müddətində belə bir faktı əsaslandıracaq heç bir hal görmədiyini vurğulayıb.

"Rusiya hökuməti ilə işləyərəkən münaqişənin həll edilməsində rusların maraq göstərməsinin şahidi oldum. Onlar cənub sərhədlərinə təsir edə biləcək geniş münaqişənin baş verməsində maraqlı deyillər. Uzunmüddətli sülh məhz Kremlin maraqlarına cavab verir", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin