Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Serj Sarkisyan Qarabağa qanunsuz hərbi birləşmənin sabiq "komandiri" Levon Mnatsakanyanın oğlunun toy mərasimində iştirak etmək üçün gəlib.
O, eyni zamanda Qarabağda yaşayan anası Nora ilə bir neçə gün vaxt keçirməyə qərar verib. Toy mərasimi işğal altında olan Xankəndi şəhərindəki mərasim evlərindən birində baş tutub. Toy mərasimində İrəvandan xeyli sayda qonaqlar olmaqla, 400-dək iştirakçı olub.
Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qəraragah rəisi Artak Davtyan, onun müavinləri, sabiq Müdafiə naziri Vigen Sarkisyan və digər şəxslər də iştirak edənlər arasında olub.
Alpər Mövludoğlu
Ordu.az