Ordu.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının Xarici Əlaqələr Komissiyasında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, ilk öncə həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi və bölgədə mövcud olan gərginlik siyasi risklər yaradır, həmçinin bu risklər bölgənin sərmayə cəlb etməsinə mane olur.
"1990-cı illərdən etibarən bağlı sərhədlər və davam edən nəqliyyat blokadası Ermənistan iqtisadiyyatının şaxələndirilməsi imkanlarını kəskin şəkildə azaldır", - deyə o çıxışında yaranmış vəziyyəti etiraf edib.
Paşinyan, İrana qarşı tətbiq edilən sanksiyaların da beynəlxalq aləmlə bağlantılardan və əlaqələrdən biri olan keçidin daralması ilə Ermənistan iqtisadiyyatına mənfi təsir etdiyini əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az