Paşinyan təxribat xarakterli bəyanatlarından əl çəkmir

2019/03/66977-1551770425.jpg
Oxunub: 7924     11:11     05 Mart 2019    
"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair öz baxışlarını həmsədrlərin vasitəsilə Azərbayacana təqdim edib".

Ordu.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan "EurActiv" jurnalına verdiyi müsahibəsində deyib.

Paşinyan müsahibə zamanı təxribatçı mövqeyini dəyişmədən bildirib ki, bölgə əhalisinin münaqişənin sülh yolu ilə nizamlanmasına hazırlanması məsələsində, Azərbaycan və Ermənistanla yanaşı qondarma qurumun da maraqları nəzərə alınmalıdır.

2019-cu il Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə yeni təkan verəcəyinə dair Azərbaycan prezidenti İlham Əliyevin bəyanatını şərh edərkən Paşinyan, məsələyə daha həyasızcasına yanaşıb: "Əgər Azərbaycan prezidenti yeni təkan deməklə Qarabağ əhalisinin müstəqillik hüququnu tanımağı nəzərdə tutursa bu müsbət haldır. Belə olmadığı halda isə buna sadəcə növbəti bir bəyanat kimi baxıram.

Əlbəttə münaqişənin sülh yolu ilə həllnə yeni bir məzmun qatmaq istərdik, hətta artıq münaqişənin həlli üzrə öz baxışlarımızı ATƏT-in Minsk Qrupu vasitəsilə Azərbaycan tərəfinə təqdim etmişik".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Dağlıq-Qarabağ  


Bizi "telegram"da izləyin