"100 min hektar ərazi canlı sərvətləri ilə birlikdə məhv edilib" - Nazir

2019/03/15421-1551769080.jpg
Oxunub: 18309     10:41     05 Mart 2019    
"Ermənilərin torpaqlarımızda törətdiyi yanğınlar nəticəsində 100 min hektar ərazi canlı sərvətləri ilə birlikdə məhv olub".

Ordu.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazirin sözlərinə görə, hazırda işğal altındakı ərazilər ermənilər tərəfindən talan edilir.

"Sərsəng su anbarı qəzalı vəziyyətə düşüb. Anbarın dağılması 4 min əhali üçün ciddi təhdid yaradır. Onlar qışda suyu buraxırlar. Yayda isə qarşısını kəsirlər və quraqlıq yaradılır. Əhalini qəsdən sudan məhrum edirlər. 2016-cı AŞPA Sərsəng su anbarı ilə bağlı qətnamə qəbul edilib. Lakin onun tələbləri yerinə yetirilmir", - deyə o bildirib.

O qeyd edib ki, Araz çayının çirklənməsi nadir balıq növünün məhvinə səbəb olub: "Həmçinin işğal edilmiş ərazilərdə qızıl mis yataqlarının xarici ölkələrə qanunsuz istismarı təşkil olunur. Beynəlxalq ticarət mərkəzinin hesabatına əsasən Ermənistanın dağ mədən ixracının həcmi artıb. Bu da işğal olunmuş ərazilərimizin təbii ehtiyatları hesabınadır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin