Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə görüşü zamanı Ermənistanın Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan bildirib.
Aşotyan, ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatına diqqət çəkir.
"Bu bəyanatda Vyana, Sankt Peterburq və Cenevrə razılaşmaları barədə heç bir xatırlatma yoxdur. Sonuncu dəfə həmsədrlər bu razılaşmalar barədə 2018-ci ilin 18 fevral tarixində xatırlayıblar", - deyə o qeyd edib.
O, həmçinin Nikol Paşinyanın da sonuncu dəfə bu razılaşmalar barədə Brüsseldə NATO zirvəsində danışdığına diqqət çəkir. Eyni zamanda bunun əvvəlcədən planlaşdırılmadığını, İlham Əliyevin çıxışına cavab olaraq yerindəcə hazırlandığını qeyd edib.
Onun digər bir, ikinci narahatlığı isə artmaqda davam edən "Lift razlaşması" diplomatiyasının enişə uğrayacağıdır.
Qarabağ məsələsində Aşotyanın üçüncü narahatçılığı isə Ermənistan hakimiyyətinin beynəlxalq platformalarda Qarabağ münaqişəsinin nizamlanması perespektivləri və müddəti məsələsində, niyə və nə üçün bilinməyən səbəbdən, əsaslandırılmamış optimist ehtimallar yaratmasıdır. Erməni cəmiyyəti isə bu optimistliyin əsasında nə dayandığını bilmir.
Aşotyan qeyd edib ki, Paşinyanın növbəti görüşü heç bir gündəm olmadan baş tutacaq.
Alpər Mövludoğlu
Ordu.az