Ordu.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" ilə müsahibəsi zamanı Rusiya Dövlət Humanitar Universitetinin xarici regional tədqiqatlar və xarici siyasət kafedrasının dosenti Sergey Markedonov danışıb.

Onun sözlərinə görə, qarşılıqlı əməkdaşlıq axtarışı davam edir və bu iş hələ bitməyib.
"Çünki əgər bəyanatların dinamikasına baxsaq, Paşinyanın Qarabağ mövzusu ilə ilk bəyanatları Qarabağın yenidən danışıqlara cəlb edilməsi bağlı idi. Buna baxmayaraq, nazirlər səviyyəsində dialoq davam etdirilir. Əgər görüşlərin intensivliyi haqqında danışsaq, bunlar kifayət qədər tez-tez olurdu", - deyə Markedonov qeyd edib.
Ekspert qeyd edib ki, mövzu sanki sonradan uzaqlaşdı, daha sonra isə erməni cəmiyyəti hansısa hazırlanan qərarın mümkünlüyünü müzakirə etməyə başlayanda yenidən ortaya çıxdı.
"Danışıqlar haqqında danışarkən bir neçə mifi nəzərə almaq lazımdır. Bunlardan biri də, son qərarın hazırlanmasıdır. Əgər 20 il müddətdə bu qərar yoxdursa, kim deyə bilər ki, bir görüş ərzində münaqişə həll olunacaq. Bu necə ola bilər? Bunun üçün proqnozlar yoxdur", - deyə Markedonov vurğulayıb.
O, hər hansısa rəsmi müzakirə ideyasına ehtiyacın olduğunu da əlavə edib: "İdeyalarda isə problemlər var, cəmiyyət bu cür qarşılıqlı güzəştlərə hazır deyil. Əvvəlcə liderlər "özləri-özləri ilə" görüşməlidirlər, sonra isə yenilənmiş Madrid prinsipləri ətrafında fayda olacaq. Yeni heç bir şey yoxdur.
Cəmiyyətləri sülhə hazırlamaq lazımdır, ancaq bunu bir ay ərzində etmək mümkün deyil. Bu anda hadisələrin sayının azaldılması üçün taktiki problem həll edilir. Əgər 2-3 ilə bunların sayını azaltmaq mümkün olsa, bu zaman danışıqlar məsələsi əhəmiyyətli olacaq".
Alpər Mövludoğlu
Ordu.az