Ordu.az xəbər verir ki, xəstələnən əsgərlərin müalicəyə göndərilməsinə nail olmaq üçün valideynlər dəridən-qabıqdan çıxırlar. Rüşvət vermədikdə, şikayət etmədikdə, hansısa bir vəzifəli şəxs tərəfindən tapşırılmadıqda xəstə hərbi qulluqçunun müalicəyə göndərilməsi müşkül məsələdir.
Məlumatda deyilir ki, bu günlərdə möhkəm soyuqlayan və 39 dərəcə yüksək hərarətlə müalicəyə göndərilməyən Ardak Harutyan, eləcə də həkim tərəfindən vəziyyəti “kafi” qiymətləndirilən Movses Balayan adlı hərbçinin valideynləri övladlarının hospitala göndərməsi üçün bütün imkanlarını səfərbər ediblər. Uzun süründürməçilikdən sonra yüksək vəzifəli bir məmurun “xahişi” ilə hər iki hərbi qulluqçu nəhayət ki, müalicəyə göndərilib.
Ordu.az