Zurabişvilinin Qarabağla bağlı bəyanatı İrəvanda səs-küyə səbəb oldu

2019/03/45645-1551436657.jpg
Oxunub: 13985     14:35     01 Mart 2019    
Fevralın 27-də Bakıda rəsmi səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvilinin "Münaqişələr və ərazi bütövlüyünün pozulması hər iki ölkənin faciəsidir" sözləri Ermənistan KİV-lərində müzakirə obyektinə çevrilib.

Ordu.az xəbər verir ki, "Aysor.am" saytı Gürcüstan prezidentinin bəyanatını sensasiyalı bəyanat adlandırıb.

"Rəsmi mətbuatın verdiyi məlumata görə, Zurabişvili birbaşa Dağlıq Qarabağı Abxaziya və Cənubi Osetiya problemləri arasında müqayisə edib. Rəsmi İrəvan bu bəyanata hələ cavab verməyib", - deyə saytın məqaləsində qeyd olunub.

Qeyd edək ki, Bakıya səfəri çərçivəsində Zurabişvili açıq-aşkar münaqişələrin hər iki ölkənin faciəsi olduğunu bəyan edib.

"Münaqişələr və ərazi bütövlüyünün pozulması hər iki ölkənin faciəsidir. Bu gün biz öz suverenliyimizin və ərazi bütövlüyümüzün tanınması və bərpası üçün BMT-dən UNESCO-ya qədər beynəlxalq təşkilatlarda birlikdə mübarizə aparırıq. Bu faciələrə baxmayaraq, biz müasir dövlətlər qurmağa, iqtisadiyyatı inkişaf etdirməyə və böyük layihələri icra etməyə nail olduq".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin