Paşinyan: “Biz Azərbaycan prezidenti ilə görüşmək məcburiyyətindəyik”

2019/02/13215-1551337962.jpg
Oxunub: 5990     11:20     28 Fevral 2019    
“Biz Azərbaycan prezidenti ilə görüşmək məcburiyyətindəyik. Bu, gündəmi olmayan görüş olacaqsa da, lakin əsas amallarından biri danışıqlar formatının müzakirəsi olacaq. Formatla bağlı razılaşmayana qədər əlaqələri rəsmi danışıqlar saymaq olmaz”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda erməni icmasının nümayəndələri ilə görüşdə səsləndirib.

“Biz Azərbaycan prezidenti ilə görüşmək məcburiyyətindəyik. Bu, gündəmi olmayan görüş olacaqsa da, lakin əsas amallarından biri danışıqlar formatının müzakirəsi olacaq. Formatla bağlı razılaşmayana qədər əlaqələri rəsmi danışıqlar saymaq olmaz. Mən Ermənistanın adından danışıram, çünki mən Ermənistanın Baş naziriyəm, Qarabağ adından danışmıram, Qarabağın öz “hakimiyyəti” var. Danışıqlar prosesində Qarabağ adından, Qarbağın “hakimiyyəti” danışıqlar aparmalıdır. Qarabağın danışıqlar prosesinin subyekti olması üçün hər şeyi etmək məcburiyyətindəyik”, - deyə Paşinyan təxribatçı açıqlamalar verib.

O, Qarabağda vəziyyət dəyişikliyi fonunda, oradakı birliklərin ikiqat artırılacağını da qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin