“Qarabağın işğal altında saxlanması təhlükəsizliyə ciddi təhdiddir” - Prezident

2019/02/15512-1551329189.jpg
Oxunub: 31762     23:10     27 Fevral 2019    
"Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, ölkəmizin Dağlıq Qarabağ regionunun və ətraf yeddi rayonunun hərbi işğal altında saxlanması regional sülh və təhlükəsizliyə ciddi təhdiddir".

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Gürcüstan rəhbəri Salome Zurabişvilinin şərəfinə verilən rəsmi ziyafətdə deyib.

"Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Məclisi, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qətnamə və qərarlarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, münaqişənin məhz bu prinsiplər əsasında həllinə qəti dəstək ifadə olunmuşdur. Keçən il Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq Prioritetləri” sənədində də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı dəstəklənmişdir", - deyə ölkə başçısı vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   Qarabağ  


Bizi "telegram"da izləyin