Tibbi ekspertiza erməni əsgərin döyüldüyünü sübut edib

2019/02/23423-1551271484.jpg
Oxunub: 7973     17:32     27 Fevral 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində gənc əsgərlərin döyülməsi adi hala çevrilib. Maraqlısı odur ki, erməni zabitlər düşmən ordusunu bürüyən bu bəla ilə mübarizə apara bilmirlər.

Ordu.az xəbər verir ki, Ağdərə ərazisində düşmən ordusunun 4-cü taborunda xidmət edən əsgər Sevak Qazaryanın başına gələnlər prokurorluqla hərbi hissə komandanlığı arasında ciddi qalmaqala səbəb olub.

Belə ki, diviziya komandiri S.Qazaryanın xidmətdən yayınmaq məqsədilə özünə xətər yetirməsini iddia etsə də, prokurorluğun təyin etdiyi tibbi ekspertiza əsgərin ən azı 3 nəfər tərəfindən döyüldüyünü sübut edib.

Faktla bağlı açılan cinayət işinin istintaqı davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Döyülmə  


Bizi "telegram"da izləyin