Ordu.az xəbər verir ki, yürüşə qatılan rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər və hərbçilər şəhidlər abidə kompleksini ziyarət ediblər.
Yürüş iştirakçıları abidə kompleksinin qarşısına gül dəstələri düzüblər.
Xocalı soyqırımı Bərdə rayonunda da qeyd edilib. Tədbir öncəsi rayon məktəblilərinin əl işlərindən ibarət “Xocalı uşaqların gözü ilə” adlı sərgiyə baxış keçirilib.
Tədbirdə çıxış edənlər, soyqırım qurbanlarını ehtiramla anaraq bu faciənin Azərbaycan tarixində ən dəhşətli hadisədən biri olduğunu bildiriblər.
Tədbirdə Xocalı sakinləri də çıxış ediblər.

Daşqın Güneyli
Ordu.az