“Joğovurd”: Ermənistan parlamentində Qarabağla bağlı dinləmələr keçiriləcək

2019/02/aj-no-1551178600.jpg
Oxunub: 29805     15:09     26 Fevral 2019    
Ermənistan parlamentinin müdafiə, daxili işlər və milli təhlükəsizlik məsələləri üzrə daimi komissiyası tərəfindən Qarabağ münaqişəsinin nizamlanması üzrə dinləmələr təşkil ediləcək.

Ordu.az “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, müzakirələrin əsas mövzusu gələcəkdə qondarma qurumun danışıqlar masasına daxil edilməsinə dair alternativ yolun tapılmasına həsr ediləcək.

Dinləmələr İrəvanda təşkil edilsə də, qondarma qurumun “parlament” nümayəndələrindən də dəvət edilən olacaq. Ermənistan parlamentindəki bu komissiyanın sədri, “Mənim Adımım” fraksiyasından olan deputat Andranik Koçaryan, “Joğovurd” qəzetinin sualına yalnız “No comment” (Şərhsiz) deməklə kifayətlənib.

“Belə bir şeyin olacağını inkar edirsizmi”, deyə verilən suala, cavab olaraq Köçəryan bildirib: “Hər şey ölkəmizin maraqları, onun müdafiə qabiliyyətliliyinin artırılması, möhkəmləndirilməsi üçün düşünülür. Bu istiqamətdə bütün işlər görülür”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin