Ordu.az xəbər verir ki, bu günlərdə erməni zabit gənc əsgərlərlə keçirdiyi məşğələ zamanı söyüşlərə və təhqiramiz ifadələrə yol verib.
Münaqişə nəticəsində leytenant Edvard Mkrtçyanın təhqirlərinə dözməyən əsgər Vahen Martirosyan zabitə dəbilqə ilə zərbələr endirib. Halı pisləşən zabit hərbi hospitala yerləşdirilib.
Fakt ictimaiyyətdən gizlədilsə də, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Ordu.az