“Sülhə hazırlanma haqqında bəyanatlar danışıqların nəticəsidir” - Kolerov

2019/02/45645-1550910617.jpg
Oxunub: 8632     11:51     23 Fevral 2019    
“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, həmçinin ATƏT və BMT Baş katiblərinin Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini müsbət dəyərləndirməsi, iki ölkə arasında əhalinin sülhə hazırlanması mövzusu ilə müxtəlif müzakirələri fəallaşdırıb”.

Ordu.az xəbər verir ki, bu sözləri “Regnum” agentliyinin baş redaktoru, politoloq Modest Kolerov bildirib.

Ekspertin fikrincə, sülhə hazırlanma barədə bəyanatlar xarici təsir altında yox, danışıqlar prosesinin nəticəsi olaraq edilib.

“Sülhə hazırlanma haqqında bu bəyanatların dəqiq adı Əliyev-Paşinyan, Məmmədyarov-Mnatsakanyan görüşləridir. Yəni əgər sülhə hazırlaşmırlarsa, niyə onlar görüşür?”, - deyə Kolerov vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Danışıqlar  


Bizi "telegram"da izləyin