Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərinə verdiyi müsahibədə həmsədrlərin bölgəyə səfəri və danışıqlar prosesini şərh edən avropalı ekspert Treysi Cerman deyib.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri regionda səfərdədir.
Bu, son zamanlar Dağlıq Qarabağ münaqişəsinin sülh prosesinin intensivləşməsi kontekstində həmsədrlərin bu il regiona ilk səfəridir.
Həmsədrlər fevralın 20-də İrəvanda, daha sonra Bakıda olublar. İrəvan səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüşlər keçirilib. Paşinyanın mətbuat xidmətinin məlumatına görə, o, yanvar ayında Davosda qeyri-rəsmi görüşün detalları barədə məlumat verib və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin müvafiq atmosferinin formalaşması ilə bağlı fikir mübadiləsi aparılıb, eləcə də atılacaq növbəti addımlar nəzərdən keçirilib və atəşkəsin qorunması üçün əldə edilən razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Lakin maraqlıdır ki, son zamanlar danışıqlar prosesinin intensivliyi nisbətən aşağı düşüb.
Qeyd etmək lazımdır ki, Münxendə keçirilən təhlükəsizlik konfransında münaqişə tərəfləri olan ölkələrin Xarici İşlər nazirlərinin görüşünün baş tuta biləcəyi istisna edilməsə də, bu olmadı. Bəzi fikirlərə görə, Münxen görüşünün iflasa uğramasına səbəb yanvar-fevral aylarında tərəflərin səsləndirdiyi bəyanatlar olub.
Treysi Ceymanın sözlərinə əsasən, kəskin hərbi ritorikalı bəyanatların illərdir şahidi olduğumuz kimi yenə də sülh danışıqlarının sabit axarına mane olduğu sirr deyil. O, bu cür bəyanatlardan sonra yaranan mühitin nəticələrini tərəflərin dərk etdiklərini hesab edir və hətta bəzən bu cür bəyanatların cavab yox, xüsusi olaraq məqsədli şəkildə edildiyini qeyd edir. Belə bəyanatların daxili auditoriya üçün edildiyini düşünən ekspert, hesab edir ki, bu halda sülh xarakterli danışıqların aparılması mümkünsüzdür.
Kifayət qədər mürəkkəb vəziyyətin mövcudluğunu xatırladan ekspert bildirir ki, daxili təzyiq və rəhbərlərin nə danışıqlar apardıqlarına dair ictimaiyyəti davamlı olaraq inandırmağa ehtiyac olduğu bir halda çətindir. İnformasiya təxribatlarının çox olduğu bir dövrdə cəmiyyət rəhbərlərin hansı güzəştləri etməyə hazırlaşdıqlarını, bunun müqabilində nə ödəyəcəklərini bilmək istəyirlər. Bütün bunların idarə edilməsi çətin olsa da, danışıqlar prosesindəki sabitliyi qoruyub saxlamaq üçün çox zəruridir.
Cəmiyyətin nə zaman və nə dərəcədə danışıqlar prosesi barədə məlumatlandırılmasının zəruriliyi barədə də qərar vermək çətindir. Danışıqlar prosesinin şəffaf olmasının vacibliyi ilə yanaşı, bəzən şəffaflıq prosesin gedişatına mane də ola bilir. Elə buna görə belə hallar münaqişə adlanır, bütün bunların idarə edilməsini bacarmaq lazımdır.
Belə olan halda gələcəkdə sabit danışıqların aparılmasına görə, bu siyasi iradə ola bilər. Əgər tərəflər cəmiyyətləri sülhə hazırlaşdırmaq istəyirlərsə, ilk növbədə münaqişənin həll edilmədiyi halda daim mümkün ola biləcək, sərhəddəki hadisə və təxribatların qarşısını almaq lazımdır.
Ekspert hesab edir ki, Münxendə görüşün baş tutmamasının səbəblərindən biri də Azərbaycanın erməni tərəfinin mövqeyinin əvvəlki iqtidarın mövqeyindən fərqlənməməsinə əmin olması da ola bilər.
Ekspert hesab edir ki, həmsədrlərin səfərləri regionda əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmır, sadəcə problemlər müzakirə edilir, mövqelər təqdim olunur.
Treysi Ceyman əmindir ki, münaqişədə nə qədər beynəlxalq aləm cəlb edilsə də, danışıqlardakı vəziyyəti tərəflərin özləri diktə edirlər, həmsədrlər isə vəziyyəti izləmə və prosesin nəzarətçisi rolunda çıxış edirlər
Alpər Mövludoğlu
Ordu.az