Erməni ekspert: "Azərbaycan ciddi bir müharibəyə hazırlaşır"

2019/02/Ara-P-1550825449.jpg
Oxunub: 3317     12:50     22 Fevral 2019    
"Hakimiyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə heç bir ərazi güzəşti olmayacağını açıqlamır. Yeganə mövqe "sülh müqabilində ərazilər" qətnaməsinin olmayacağıdır, amma bu barədə bilirdik. Hər halda "Mülki Müqavilə" bu barədə mövqe ifadə etməyib. Yəni, ərazilərin təhvil verilməsini istisna etmirsə, narahatlıqlar var və səslənməkdə davam edir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Mudos Vivendi” analitik mərkəzin direktoru, ekspert Ara Papyan deyib.

Jurnalistin "Sərhəddə nisbi sükunət Azərbaycanın sülhə hazırlaşmasını təsdiqləyirmi?" deyə verdiyi suala Ara Papyan xüsusi təşvişlə cavab verib: "Əksinə, Azərbaycan hərbi zavodları açır və yeni hərbi texnika alır. Bir ay öncə bəyan edildi ki, Azərbaycanın strateji məqsədi İrəvanın azad edilməsidir.

Azərbaycanın Qarabağı deyil, Ermənistanı məhv etmək üçün ciddi bir müharibəyə hazırlaşdığını başa düşmək üçün başqa nə lazımdır? Gəlin aydın başa düşək ki, Qarabağ bunun üçün sadəcə bir bəhanədir".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Müharibə  


Bizi "telegram"da izləyin