1in.am: Paşinyanın Suriyaya hərbi heyət göndərməsi Ermənistana nə verəcək?

2019/02/-eh46-1549708755.jpg
Oxunub: 546     15:37     09 Fevral 2019    
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovhannisyan öz “Facebook” səhifəsində yazıb ki, fevralın 8-də minadan təmizləmə, həkim və onların birbaşa təhlükəsizliyini təmin edən erməni mütəxəssislərdən ibarət ümumi sayı 83 nəfər olan humanitar qrup Suriya Ərəb Respublikasının Hələb şəhərinə çatıb. Onun sözlərinə görə, ermənilərdən ibarət heyət Hələbin hərbi əməliyyatlardan uzaq olan yaşayış məntəqələrində əhaliyə tibbi yardım, mina sahələrinin təmizlənməsi və əhalinin xəbərdar edilməsi fəaliyyətlərini həyata keçirəcəklər.

Bildirilib ki, humanitar yardıma qoşulma BMT-nin Təhlükəsizlik Şurasının 2017-ci il 2393 və 2018-ci il 2401 saylı qətnamələrinə, Suriya tərəfinin yazılı müraciətinə əsasən və Hələb şəhərində çox sayda erməni icmasının olduğundan dolayı həyata keçirlir. Suriya Ərəb respublikasında erməni mütəxəssislərinin yerləşdirilməsi və təminatı məsələlərinin Rusiya tərəfinin dəstəyi ilə həyata keçirildiyi qeyd olunur.

Bu kampaniya haqqında Nikol Paşinyan keçən ilin sentyabr ayında məlumat verib. Maraqlıdır ki, Paşinyan bu bəyanatı Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonraya təsadüf etdi. Bəyanatda göstərilirdi ki, tezliklə Rusiya ilə birgə Suriyada layihə həyata keçiriləcək və bu, tamamilə humanitar layihədir, hərbi tərkib daşımır.

Bu layihənin yerinə yetirilməsinin nədən ibarət olmasına diqqət yetirək. Bu layihənin əsaslandırılmasında müxtəlif səbəblər, o cümlədən Hələbdəki erməni icmasına yardım zərurəti də qeyd edilir. Əvvəlcədən qeyd edək ki, bütün ictimai bəyanatlar təbliğat xarakteri daşıyır və hadisələrin əsl mahiyyətini əks etdirmir. Bu məsələdə nə Rusiya ilə müttəfiqlik əlaqələri, nə də Hələbin erməni icmasına yardım edilməsi qəti qərar qəbul edilməsinə əsas verə bilməz və açıq şəkildə məlumdur ki, bu, hakimiyyətin hansısa bir şeyin qarşılığında etdiyi güzəştdir.

Əlbəttə, bunun nəyin qarşılığında edilən güzəşt olduğunu demək çətindir. Yalnız onu qeyd etmək olar ki, Ermənistan Baş naziri bu yolla Rusiyanın ona olan etimadını doğrultmaq istəyir. O çalışır ki, bu addımla Rusiyanı Ermənistanın daxili işlərindən uzaq saxlasın. Yəni bu kampaniyanın Rusiya tərəfindən Paşinyanın gələcək hakimiyyətinə mane olmaması, hakimiyyətin möhkəmləndirilməsi istiqamətində aparılan fəaliyyətləri sığortalamaq kimi bir məqsədi var. Nəticədə Ermənistan da bu qeyri-müəyyən kampaniyaya cəlb edilir. Yeri gəlmişkən bu kompaniyanın Ermənistana verə biləcəyi fayda və ziyanların perspektivi hələ dəqiq məlum olmasa da, faydalı və ziyanlı tərəflərinin olacağı məlumdur.

Qeyd edək ki, bu humanitar fəaliyyət Rusiya ilə birgə təşəbbüs və onun silahlı qüvvələrinin tabeliyində həyata keçirildiyinə görə, Ermənistanın beynəlxalq nüfuzuna müsbət təsir etməyəcək. Rusiyanın Suriyadakı fəaliyyətinin legitimliyi tənqid edildiyinə görə, təbii olaraq, Rusiya tabeliyində missiyaya cəlb edilən Ermənistan da bu tənqidlərdən kənarda qalmayacaq. Əfqanıstan və İraqda isə belə bir problem yoxdur, çünki oradakı legitimliyi heç kim şübhə altına almır.

Qeyd edək ki, Ermənistanın Suriyadakı fəaliyyəti humanitar olsa belə, məhz elə Ermənistanın özü üçün həddindən artıq təhlükəlidir. Hər hansı kiçik səhv Ermənistanın təhlükəsizliyini təhdid altına sala bilər. Bu fəaliyyət terrorçular tərəfindən olduqca sərt qəbul oluna, İrəvan hədəfə çevrilə, nəticəsi isə faciəli ola bilər. Terrorçuların hələ də Ermənistanı hədəf seçmədikləri, bundan sonra hədəf seçilməyəcəyinə də zəmanət vermir. Xəritələrə diqqət yetirsək, 7-8-ci əsrlərdə ələ keçirilən bütün əraziləri terrorçular öz əraziləri hesab edir.

Qeyd edək ki, Qafqaz vilayətinin bir hissəsi olaraq Ermənistan da həmin xəritələrə daxildir. İstənilən terror təşkilatı tərəfindən Ermənistanın hər an hücuma məruz qalacağını istisna etmək olmaz. Suriyada Ermənistanın hətta humanitar baxımdan belə təmsilinin artması bu təhdidi daha da yüksəldir.

Ermənistan müstəqilliyi dövründə və ondan əvvəl də Suriya ilə sıx əlaqələrə malik olub. Müstəqillikdən sonra Yaxın Şərqdə ilk səfirliyin məhz Suriyada açılması da təsadüfi deyil. Heç zaman Qarbağ münaqişəsi illərində Suriyanın humanitar yardımını unutmaq olmaz. Həmin humanitar yardım prezident Hafiz əl-Əsəd prezidentliyi dönəmində baş verib. Suriya ilə Ermənistanın bir-birinə bağlılığına dair kifayət qədər sübut, dəlillər göstərmək olar. Heç kimə sirr deyil ki, Rusiya Bəşər Əsəd rejiminə və hökumətinə hələ də dəstək verir.

Bundan əlavə Əsəd hökumətinin bu günədək var olması Moskvanın hesabına başa gəlir. Əks halda Bəşər Əsəd çoxdan Qəddafinin taleyini yaşamış olardı. Bütün nüfuzlu təhlil mərkəzləri qeyd edir ki, terrorçuların son məhvindən sonra Bəşər Əsəd hakimiyyətdə qalmayacaq. Bir sözlə Suriyada kimin qalib gələcəyi, hakimiyyətə kimin gələcəyi, nəhayət necə hakimiyyət qurulacağı hələ məlum deyil. Belə bir mürəkkəb və qarışıq zamanda qeyd etdiyimiz kimi mövcudluğu şübhə altında olan Əsəd hökumətini dəstəkləyən bir dövlətin bayrağı altında Ermənistan humanitar missiya həyata keçirəcək.

Ermənistan hakimiyyətinin hətta belə bir niyyəti olmasa da, bu, Əsəd rejiminə yardım etmə, dəstək kimi nəzərdən keçiriləcək. Bəs, doğrudan da belə bir təsəvvür formalaşarsa və bu cür mənimsənilərsə, Ermənistan nə edəcək? Əgər Suriyada hakimiyyətə Əsədin əleyhinə vuruşan “Azad Suriya ordusu” başçılığı altında üsyançı müxalifət gələrsə, Ermənistan rəhbərliyi nə edəcək? Əlbəttə, bunlar nizamlanmasına incə yanaşma və oynaq həll tələb edilən mürəkkəb məsələlərdir. Lakin niyə bu böhrana girməlisən ki, sonra da incə həll yolları axtarmalı zərurəti yaransın. Bu Ermənistana nə verəcək? Hələlik heç nə.

Sonda yalnız onu əlavə edək ki, Rusiyanın demək olar ki, bütün müttəfiq ölkələri hər hansı şəkildə, hətta humanitar formatda belə Suriyada təmsil olunmaqdan yayınıblar. Bu mənada söhbət ilk növbədə Belarus və Qazaxstandan gedir. (1in.am)

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

1in.am: Paşinyanın Suriyaya hərbi heyət göndərməsi Ermənistana nə verəcək?

2019/02/-eh46-1549708755.jpg
Oxunub: 547     15:37     09 Fevral 2019    