Hərbi ekspertdən Ermənistan HSDK-nın inkişafına dair 5 illik proqrama CAVAB (MÜDDƏALAR)

2019/02/karav-1549700407.jpg
Oxunub: 1455     11:54     09 Fevral 2019    
Azərbaycan və Ermənistan arasında uzun illərdir davam edən müharibə hər iki ölkəni silahlanmaya ciddi diqqət yetirməyə və silahlı qüvvələrin inkişafına vəsait qoymağa məcbur edir. Ermənistanın məhdud resurslara malik olması həm MN-in yeni silahlar əldə etməsinə, həm də Hərbi Sənaye Kompleksinin (HSK) istehsal potensialını ehtiyac olan səviyyəyə qədər artırmağa imkan vermir. Hər il müxtəlif komissiyalar yaradılır, planlar tərtib edilir, lakin real sektorda nəzərdə tutulan hədəflərin əldə edilməsi mümkün olmur. Bunun əsas səbəblərindən biri hərbi və hərbi-sənaye kompleksinin büdcəsinin ciddi kəsirlərə malik olmasıdır.

Azərbaycan hazırda 20 müxtəlif ölkədən silah idxal edir, ciddi hərbi sənaye kompleksinə malikdir, 1200-dən çox adda hərbi məhsul yerli şirkətlər tərəfindən istehsal edilir, ölkədə müxtəlif tipli mürəkkəb konstruksiyalı zirehli və zirehsiz avtomobillər istehsal edilir.

Azərbaycan Türkiyə, Rusiya, Belarus, Cənubi Koreya, Cənubi-Şərqi Asiyanın bir neçə ölkəsinə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan və Amerika Birləşmiş Ştatlarına (ABŞ) silah ixrac edir. İxracın həcminin 150 miyon dollara yaxın olduğu ehtimal edilir.

"Global Firepower Index 2018" beynəlxalq hərbi güc reytinqinə əsasən, Azərbaycan 2017-ci ilə nisbətən göstəricilərini 6 pillə yaxşılaşdıraraq, dünyanın 136 ölkəsi arasında 53-cü yerdə, Ermənistan isə 84-ci yerdədir. Bütün bunları həzm etmək İrəvan üçün o qədər də asan deyil.

Digər tərəfdən isə əsasən Rusiyadan kreditlər hesabına silahlar əldə edən Ermənistan getdikcə Kremlin təchizat məsələlərində daha təmkinli davranmasına cavab olaraq, öz hərbi sənaye kompleksini inkişaf etdirməkdən başqa bir çıxış yolu görmür. Hərbi Sənaye Dövlət Komitəsinin (HSDK) on ildən çox MN-in tərkibində ciddi bir nailiyyət əldə etmədiyini görən İrəvan, keçən ildən etibarən hərbi sənaye kompleksini digər qonşu dövlətlərdə olduğu kimi Müdafiə Nazirliyinin tabeliyindən çıxararmağa çalışır.

Fevralın 6-da Ermənistan hökuməti HSDK-nın inkişafına dair 5 illik yeni bir proqram qəbul etdiyini bildirdi. Paşinyan hökumətinin qəbul etdiyi yüksək hədəfləri nəzərdə tutan proqram əvvəlki illərdə tərtib edilənlərdən ciddi bir fərqə malik deyil. Proqram "Ermənistan hökuməti hərbi-sənaye kompleksinin inkişafını silahlı qüvvələrin döyüş hazırlığının təmin edilməsi və artırılması, iqtisadi artımın, elmin və texnoloji inkişafın əsas amillərindən biri kimi müəyyənləşdirir" sözləri ilə başlayır. Birincisi bu cümlə şablon bir cümlədir, əvvəllər də HSDK ilə bağlı qəbul edilən sənədlərdə istifadə edilib, ikincisi isə hökumətin hansısa bir istiqaməti prioritet olaraq müəyyənləşdirməsi ciddi bir çalışma tələb etmir.

Plan, proqram tərtib etmək, istiqamət müəyyən etmək ən asan vəzifədir, lakin onların yerinə yetirilməsi bir sıra konkret məsələlərin həllindən və vəsait ayrılmasından keçir. Ermənistan hökuməti HSDK ilə bağlı hədəflərini əldə etmək üçün aşağıdakı tədbirlərin həyata keçirilməsini planlaşdırır:

1. Hərbi sənaye sahəsinə məqsədyönlü sərmayə qoymaq, həmçinin texnoloji yeniləşdirmə, əmək məhsuldarlığının artması, silah və hərbi texnika idxalından asılılığının azaldılması kimi əsas istiqamətlər müəyyən etməklə, özəl sərmayədarlar üçün əlverişli investisiya mühiti yaratmaq.

Bu bənddə yazılanlar konkret konturları olmayan qeyri-müəyyən tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Ermənistan hökuməti gələcək 5 il ərzində hərbi sənaye sahəsinə məqsədyönlü sərmayələr qoymağı hədəfləyən proqram üçün vəsaitin hansı mənbədən və necə formalaşdırılacağını açıqlamır.

HSDK-nə qoyulan sərmayələrin dəyərinin ciddi cəhdlə gizlədilməsi bu məbləğin əvvəlki illərdəki kimi miqdarının az olması ilə əlaqəli olduğu ehtimal edilir. İdxaldan asılılığın azaldılması isə hələlik real vəzifə ola bilməz. Çünki Ermənistanda mövcud olan hərbi sənaye müəssisələrinin davamlı olaraq bağlanması və onların Əmlak Komitəsi tərəfindən satışa çıxarılması bu sektorun səmərəli fəaliyyətinin təşkil olunmasında ciddi problemlərinin olmasından xəbər verir. Digər tərəfdən bu ilə qədər MN-in tərkibində olan HSDK ilə sövdələşmələrdə korrupsiya əlamətləri də diqqəti cəlb edir.

Buna misal olaraq bir fakta nəzər salaq. Arm.info saytının məlumatına görə 1981-ci ildə istismara verilən və son illərdə Ermənistan Müdafiə Nazirliyinin HHM vasitələrinin təmirini və modernləşdirilməsini həyata keçirən "Avtomatika" Elmi İstehsalat Birliyi təxminən 94 milyon dram dövlət vəsaitini mənimsədikdən sonra (bu vəsaitlərin "taleyi" bu günə qədər məlum deyil) müvafiq sənədlər Ermənistan Respublika Prokurorluğuna göndərilib. İlk müqavilənin "taleyi" hələ Prokurorluqda araşdırılarkən, Müdafiə Nazirliyi eyni müəssisə ilə hər biri 60 milyon dram dəyərində iki yeni müqavilə bağlayıb və yenidən vəsait köçürüb. Bu müqavilələrin də "taleyi" bir çox qeyri-müəyyənliklərlə doludur. Dövlət vəsaitlərinin davamlı olaraq mənimsənilməsi nəticəsində "Avtomatika" QSC-nin səhmlərinin 80%-i dövlət əmlakının idarə olunması departamentinə verilib. "Avtomatika" QSC-nin məhsul istehsal etmədən vəsaitlər əldə etməsinə baxmayaraq, şirkət yenə də borc içində boğulur. Qaz, elektik, su və s. kommunal xərcləri nəzərə almasaq, müəssisənin yalnız əmək haqqına görə 55 milyon dram borcu yığılıb. Zavoda təyin edilən yeni direktor Eduard Ohanyan isə ötən ilin ortalarında müəssisənin balansında mövcud olan dəzgahları sataraq əmək haqlarının bir hissəsini ödəməyə çalışıb. Hazırda "Avtomatika" zavodu xarabalığı xatırladır.

Özəl sərmayədarlar üçün əlverişli investisiya mühiti yaratmaq niyyəti hələlik niyyət olaraq qalır. Çünki son bir ildə bir çox Avropa şirkətlərinə Ermənistanda müəssisələr açmaq təklif olunsa da, onlardan heç biri bu təklifi müsbət dəyərləndirməyib.

3. Hərbi-sənaye kompleksinin istehsal həcmini tədricən artırmaq və onu Silahlı Qüvvələrin inkişafı proqramına və ondan irəli gələn tələblərə əhəmiyyət verərək, sənayenin aparıcı sahələrindən birinə çevirmək.

İstehsal həcminin artırılması üçün bir çox ölkələr bənzər proqramlar qəbul edirlər. Lakin son ildə Ermənistanda bağlanan müəssisələrin siyahısına nəzər saldıqda bu maddənin pafoslu bir bəyanatdan başqa bir şey olmadığı məlum olur.

HSDK-ya daxil olan:

- Abovyan şəhərindəki yarımkeçirici qurğuların və diod platalar istehsal edən "Atis" ASC-nin;
- Abovyan şəhərindəki mikrosxemlər istehsal edən "Aşviç" ASC-nin;
- Aparan şəhərindəki bağlayıcılar istehsal edən "Niq" ASC-nin;
- Dilican şəhərindəki rabitə vasitələri istehsal edən "Nork" QSC-nin;
- İrəvan şəhərində birləşdiricilər və ştekerlər istehsal edən "Nork" ASC-nın;
- İrəvan şəhərində elektrik mühərrikləri istehsal edən "Elektik mühərrikləri" ASC-nin;
- Üçmüədzin şəhərində havadan müdafiə sistemləri üçün yaddaş matrisaları və qeydiyyat avadanlıqları istehsal edən "Elektron" ASC-nin və s. bağlanmasını nə ilə izah etmək olar?

Hərbi-sənaye kompleksinin istehsal həcmini artırmaq və onu aparıcı sahəyə çevirmək üçün müəssisələri bağlamaq əvəzinə onları yenidən qurmaq və prioritet məhsul və avadanlıqların istehsalına istiqamətləndirmək vacib idi. Burada hədəf və real fəaliyyət arasında əks mütənasiblik nəzərə çarpır.

4. Hərbi sahədə elmi-tədqiqat və inkişaf fəaliyyətlərinin elmi səviyyəsinin artırılması və hərbi sənayedə yeni və qabaqcıl texnologiyaların dərindən nüfuz edilməsi və bu səbəbdən münaqişələrdə texnoloji komponentlərin sürətli artımını nəzərə alaraq, daxili istehsal məhsullarının rəqabət qabiliyyətinin beynəlxalq bazarlarda kəskin artırılması.

Elmi-tədqiqat və inkişaf nailiyyətlərinə gəldikdə bu mövzuya aid kifayət qədər geniş məlumatlar dərc edilib. Bu mövzuda Ermənistanın real olaraq silah bazarına daxil etdiyi və müştəriyə çatdırdığı nümunələr haqqında məlumat yoxdur. SSRİ-də 62 il əvvəl tətbiq edilən texnologiyanı və ya yüksək mühərrik səs səviyyəsinə malik PUA-ya müştəri tapmadığına görə anbarlarda yığılıb qalan, 250 metr atəş məsafəsinə malik RPQ-26-nın bərkidilərək onların "yeni silah sistemləri" kimi ictimaiyyətə təqdim edilməsinə artıq adət etmişik. Görəsən heç kim soruşmur ki, elmi-tədqiqat və inkişaf nailiyyətləri kimi təqdim edilən bu "yeni silah sistemləri"nin alıcıları kimlərdir? Heç Ermənistan ordusunun özü də bu yeniliklərə sahib çıxmır. Çünki onların təhlükəsizlik səviyyəsi ciddi suallar doğurur. Nədənsə bu məhsulların sınaq nəticələrini göstərən videomateriallar da yayımlanmır. PKT-nin dəqiqliyi lülədən asılı ola bilər, bu istehsalçı Rusiyaya aid göstəricidir, lakin çiyindən atıldıqda belə "sərxoş dana" kimi irəliləyən RPQ-26-nın hərəkətli PUA-dan atılmasının "Maski-Şou"sundan daha komik olacağına əminəm. İkincisi də ki, porşenli mühərrikinin gurultusuna görə heç kim PUA-ya 250 metrə qədər yaxınlaşmağa və atəş açmağa imkan verməz. Üçüncüsü, qumbaraatanların geri təpməsi kifayət qədər böyükdür, qumbara konteynerdən çıxana qədər PUA-nın ən azından tarazlığı pozulacaq, bəlkə də istiqaməti dəyişəcək. Belə bir halda aşağı sürətli "sərxoş dana"nın hansı dəqiqliyindən söhbət gedə bilər. Küləkli havada isə RPQ-26-nın PUA-dan tətbiqinin tam təhlükəli olduğu şübhəsizdir. Gecə fəaliyyət imkanı olmadığına görə belə bir yeniliyin ordu üçün əhəmiyyəti qətiyyən yoxdur. Bu tip daxili istehsal məhsullarını nəinki beynəlxalq bazarlara, heç daxili bazara çıxarmaqla nə isə əldə etmək mümkün deyil. Əksini düşünənlər küləkli havada bir atəş sınağının gürüntülərini təqdim etsin.

Elmi tədqiqat insitutlarının sayı da digər sənaye müəssisələrinin sayı kimi azalmaqda davam edir. Ermənistanın istehsal etdiyi rəqabət qabiliyyətli məhsullarının beynəlxalq bazarlarda çəkisinin artırılması faktını təsdiqləyəcək ciddi faktlar mövcud deyil. Bəzi müəssisələrin Rusiya HSK-nin bəzi sifarişlərini yerinə yetirməsi isə Moskva ilə Kiyev arasında münasibətlərin gərginləşməsi nəticəsində baş verib.

2016-cı ildə hələ Ermənistan Müdafiə Nazirliyinin tərkibində olan hərbi sənaye üzrə dövlət komitəsinin keçmiş rəisi Avetik Kerobyanın yaxın 3 il ərzində ordunun silahlanmasının 50 %-nin ölkədə istehsal ediləcəyi barədə vədləri, bu üç il ərzində rəislərin dəyişməsinə baxmayaraq, elə vəd olaraq da qalmaqdadır. Təbii ki, burada uzaqmənzilli və yüksək dəqiqlikli raketlər, aviasiya və HHM vasitələrini bu 50%-ə daxil etməyiblər. Yerdə atıcı silahlar, mühəndis avadanlıqları, rabitə vasitələri və s. kiçik maliyyə vəsaiti tələb edən avadanlıqlar qalıb. 2016-2018-ci illərdə Ermənistanda hərbi texniki vasitələrin daxili satınalmalarda cüzi artımı qeyd olunub. Lakin buna baxmayaraq 50%-lik hədəf hələ də əlçatmazdır. 2018-ci ilin mart ayında hərbi sənaye dövlət komitəsinin rəisi olan Davit Paxçanyan bildirirdi ki, Ermənistan ordusunun ümumi satınalmalarının 25%-ni daxili satınalmalar təşkil edib. Hamı sevincindən papağını göyə atmağa hazırlaşarkən məlum oldu ki, vəzifəyə yeni təyin olunan Paxçanyan ümumi satınalmalara, Rusiyadan kreditlə əldə ediləcək silahları da daxil edib.

Ermənistanın büdcəsi hələlik ciddi silah sistemlərini nə almağa, nə də istehsal etməyə imkan vermir. İrəvan ildə bütün satınalmalara heç bir halda 100 milyon dollardan artıq vəsait sərf edə bilmir. Bir ədəd müasir YARS divizionuna azı 60%-dən artıq vəsait tələb edilir.

Ermənistanın bütün taleyüklü məsələlərini kameraların iştirakı ilə ictimaiyyət önündə müzakirə etməyi çox xoşlayan Paşinyanın bu bir ildə bu mövzuda bir dəfə də olsun niyə sualı ilə kiməsə müraciət etmədiyi, onun hər şeydən xəbərdar olduğundan xəbər verir.

5. Hərbi sənayedə gənc, istedadlı mütəxəssisləri cəlb etmək məqsədilə hərbi sənaye və elmi-təhsil sistemi ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi.

Gənc və istedadlı mütəxəssisləri hərbi sənayeyə cəlb etmək üçün əvvəlcə universitetlərdə hər bir istiqamət üzrə fakultələr açılmalı, ora təcrübəli professor-müəllim heyəti təyin edilməlidir. Universitetlərin maddi-texniki bazası tələbələrin hazırlanması üçün uyğun kimya, fizika, optik sistemlər və s. kimi xüsusiləşdirilmiş labaratoriyalara, müasir texniki ədəbiyyata, təlim vasitələrinə, sınaq poliqonlarına malik olmalıdır. Bunlar həm ciddi vəsaitlər, həm peşəkar kadrlar, həm də on illərlə zaman tələb edir. Uzun müddət erməni KİV-lərini izləsək də belə bir infrastrukturun və fakultələrin mövcudluğuna dair məlumata rast gəlməmişik.

6. Müdafiə sektorundakı mövcud problemlərin araşdırılması və təkliflərin formalaşdırılması məqsədilə hərbi sənaye institutunun yaradılması.

Ermənistan HSDK-nın bəzi ciddi əhəmiyət kəsb etməyən avadanlıqları istehsal etdiyi məlumdur. Bu günə qədər Ermənistanda əsasən K-3 avtomatik tüfəngi və K-11 snayper tüfəngi hazırlanıb. Lakin onların qoşun sınaqları uğurlu olmadığına görə silahlanmaya qəbul edilmədi. Hazırda ermənilər Rusiya "Kalaşnikov" şirkətinin lisenziyası əsasında bəzi atıcı silahları istehsal edir. "Kalaşnikov" konserni və Ermənistanın "Royalsys Engineering ltd" özəl şirkəti AK-12 və AK-15 tüfənglərinin lisenziyalı istehsalına dair müqavilə imzalayıblar, lakin istehsal barədə məlumat yoxdur.

2018-ci ilin oktyabrında ORSIS markasına daxil olan "Sənaye Texnologiyaları" kompaniyasının Tula və Ulyanovsk sursat fabrikləri ilə Ermənistanda birgə sursat istehsalı zavodunun tikintisini planlaşdırdığı məlum oldu. Bu qərar son döyüşlərdə Ermənistanın sursat ehtiyatlarının vaxtında idxalı ilə rastlaşdığı problemlərlə əlaqədardır və ən vacib məsələlərdən biri olmasına baxmayaraq 3 il ərzində yalnız müqavilə imzalanıb. Bu faktları sonsuza qədər sadalamaq mümkündür. Lakin HSDK ən sadə istehsal sahəsinin yaradılması məqsədilə tikiləcək müştərək müəssisənin tikintisi ilə bağlı müqaviləyə 3 il zaman itirən Ermənistanın bəzən yüksək materiyadan - lazer silahlarından, peyk rabitəsindən, zirehli vasitələrin yenilənməsindən bəhs etməsi heç də reallıqla uyğun gəlmir.

Ermənistanda zirehli vasitələrin yenilənməsi yalnız tuşlayıcının nişangahının və sürücü-mexanikin müşahidə kamerasının dəyişdirilməsi ilə məhdudlaşır. Bu proseslər yaxın gələcəyin planlarına daxil edilir. Ümumiyyətlə ermənilərin istifadəsində olan T-72 tanklarının imkanları müasir müharibələrin tələblərinə cavab vermir. Onların Ermənistanda yenilənmə şansı çox aşağıdır, Rusiyaya və geriyə daşınması isə problemlidir, həm də ciddi vəsait tələb edən prosesdir.

7. Erməni hərbi sənayesinin inkişafının davam etdirilməsi, satış strategiyasının hazırlanması və həyata keçirilməsi.

Ermənistan HSDK-nin inkişafının davam etdirilməsi üçün əvvəlcə 25 ildir formalaşdırılması mümkün olmayan bir qurumu yaratmalı, sonra inkişaf etdirilməlidir. Diqqət etdinizsə mövcud proqramlar və layihələr əsasən daxili bazar üçün nəzərdə tutulur. Bu isə istənilən ciddi şirkət üçün intihara bərabərdir. Rusiyadan RPQ-26 əl qumbaratanlarını alan Ermənistan sonradan özü də bu silahı istehsal etdi. Lakin öz ordusunun tələbatı və ixrac potensialının olmamasına görə şirkət çətin vəziyyətə düşdü. Silahlar anbarlarda qalıb. Buna görə də bazarın araşdırılması, tələb və təklifin öyrənilməsi, satış strategiyasının hazırlanması kompleks tədbir kimi istehsal prosesindən əvvəl həyata keçirilməlidir.

Hazırda Ermənistanda "Riyaziyyat İnstitutu", "Mexanika İnstitutu", "İnformatika və Avtomatika Problemləri İnstitutu", "Fizikanın tətbiqi problemləri İnstitutu", "Biokimya İnstitutu", "Üzvi və Əczaçılıq Kimyası" ETM, "Üzvi Kimya İnstitutu", "Ümumi və qeyri-üzvi kimya İnstitutu", "Elektron Materiallar İnstitutu"MMC və s. kimi elm mərkəzləri MN-nin sifarişləri üzrə HSDK ilə birgə çalışsa da, ciddi bir nailiyyətlərə imza ata bilməyib. Nəticədə hökumət yeni bir "beyin mərkəzi" yaratmağa qərar verib.

Bu da yetərli olmayıb, Ermənistanda yeni Hərbi-Sənaye Komissiyası yaradılıb. Ermənistan Hərbi Sənaye Komissiyasının tərkibinə 14 nəfər daxil edilib:

- Ermənistanın Baş naziri (Ermənistanın Hərbi Sənaye Komissiyasının sədri);
- Təhlükəsizlik Şurasının katibi (Ermənistan Hərbi Sənaye Komissiyasının sədr müavini);
- Müdafiə naziri;
- Xarici İşlər naziri;
- İqtisadi İnkişaf və İnvestisiya naziri;
- Maliyyə naziri;
- Ərazi İdarəetmə və İnkişaf naziri;
- Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları naziri;
- Təhsil və Elm naziri;
- Milli Təhlükəsizlik Xidmətinin direktoru;
- Polis rəisi;
- Baş Qərargah rəisi;
- Ermənistan HSDK komitəsinin sədri;
- Ermənistan Milli Elmlər Akademiyasının prezidenti.

Bu qədər ciddi tərkibə malik komissiyanın yaxın 2-3 ildə əhəmiyyətli yeniliklərə imza atacağı yenə də real görünmür. Birincisi, bunun üçün tələb olunan maddi-texniki baza mövcud deyil. İkincisi, real HSDK-da çalışa biləcək mühəndislərin sayı məhduddur. Üçüncüsü, Ermənistanın əlində olan materiallar yalnız məhdud miqdarda hazır silahları və ya mürəkkəb olmayan sistemlərin kopyasını əldə etməyə imkan verir. Yaratmaq və kopyalamaq fərqli prosedurlardır. Dördüncüsü isə İrəvan HSDK-nı ayağa qaldırmaq üçün zəruri olan maddi vəsait bazasına malik deyil.

Bir çox məşhur xarici hərbi sənaye şirkətlərinə Ermənistan ərazisində imtiyazlı şərtlərlə birgə müəssisələr yaratmaq təklifləri opponentlər tərəfindən dəstək qazanmayıb. Çünki Ermənistanın digər qonşu ölkələrlə mövcud münasibətləri, daxili bazarın imkanlarının məhdud olması, hələ də ölkədə tan sabitliyin bərpa edilməməsi investorları cəlb etmir. Son aylarda Ermənistanda bir neçə zavodun, məsələn Alaverdi mis molibden kombinatının bağlanması, Amulsar mədəninə 370 milyon dollar sərmayə qoyulması üzrə layihənin qarşısının alınması, nazirliklərin və digər dövlət qurumlarının optimallaşdırılması səbəbindən 5 nazirliyin və bir çox qurumların bağlanması nəticəsində minlərlə insanın işsiz qalması, bir çox ixtisaslı işçilərin ölkəni tərk etməsi, rüsumların və vergilərin artması, kənd təsərrüfatının geriləməsi, kommunal xidmətlərin bahalaşması, iqtisadi fəallıq səviyyəsinin enməsi, ölkədən kapital axınının davam etməsi heç kim üçün sirr deyil.

Buna görə də yaxın 5 ildə Ermənistana xarici şirkətlərin cəlb edilməsi real görünmür. Ölkə ordusunun imkanlarının getdikcə zəifləməsi, Moskvanın əvvəlki kimi silah təchizatında maraqlı olmaması, İrəvanı bəzi addımları atmağa vadar edir. Lakin ağ vərəq üzərində çox planlar qurmaq olar, real hərbi sənaye sektoru ciddi vəsait və yüksək səviyyəli peşəkarlar tələb edir - İrəvanın da bu sahədə əsas problemləri bundan ibarətdir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   HSDK  

Hərbi ekspertdən Ermənistan HSDK-nın inkişafına dair 5 illik proqrama CAVAB (MÜDDƏALAR)

2019/02/karav-1549700407.jpg
Oxunub: 1456     11:54     09 Fevral 2019    