Erməni hərbçi ağır qəza törədib: Ölən və yaralananlar var (FOTOLAR)

2019/02/fb844-4649085435.jpg
Oxunub: 1137     10:50     09 Fevral 2019    
Bu gün Ermənistanın Araqatsotn vilayətində avtoqəza baş verib.

Ordu.az "shamshyan.com" saytına istinadən xəbər verir ki, bu gün saat 01:40 radələrində, həmin vilayətin Nor Edesia kənd sakini 45 yaşlı Artyom Hovhannisyan idarə etdiyi “X Trail” markalı avtomobili ilə İrəvan-Gümrü yolunda İrəvan istiqamətinə hərəkət edərkən yolun hərəkət hisəsindən çıxaraq, bir neçə beton maneəyə çırpılıb və yuvarlanaraq sahəyə düşüb.

Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanaraq Talin şəhər tibb mərkəzinə təxliyyə edilib. Daha sonra sürücü Artyom Hovhannisyan İrəvandakı “Armenia” tibb mərkəzinə köçürülüb. Hadisə yerində ölən Nor Edesia kənd sakini 45 yaşlı Alvard Bağdasaryandır.

Şahidlərin sözlərinə görə, sürücü 45 yaşlı Artyom Hovhanisyan Ermənistan Müdafiə Nazirliyində qulluq edir. Ölən və aralarında uşağın da olduğu yaralılar onun qohumlarıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Qəza   Ölüm   Hərbçi  

Erməni hərbçi ağır qəza törədib: Ölən və yaralananlar var (FOTOLAR)

2019/02/fb844-4649085435.jpg
Oxunub: 1138     10:50     09 Fevral 2019    