Abxaziya müharibəsi veteranı: “Hərbi cinayətkara abidə qoymağın özü cinayətdir”

2019/02/photo-1549693068.jpg
Oxunub: 1268     10:21     09 Fevral 2019    
"Axalkalakidə abidəsi qoyulmuş erməni terrorçu Mixail Avaqyan hərbi cinayətkar olub. O, Abxaziyada gürcülərə qarşı döyüşüb. Onun büstü sökülərək götürülməlidir".

Ordu.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanda yaşayan azərbaycanlıların M.Avaqyanın büstünün qoyulmasına qarşı keçirdikləri etiraz aksiyasında iştirak edən Abxaziya müharibəsi veteranı Vaxtanq Corcikia söyləyib.

Onun sözlərinə görə, Abxaziyada ermənilərdən ibarət Baqramyan adına tabor etnik təmizləmə həyata keçirib və dinc sakinlərə qarşı insanlığa sığmayan vəhşiliklər törədib. Bu cinayətkar qrupun üzvləri Abxaziyada bir ailənin üzvləri olan qadın və uşaqları diri-diri yandırıblar. Ermənilərin Dağlıq Qarabağda da necə qanlı cinayətlər törətdiklərini eşitmişik. Belə cinayətkarlara necə abidə qoymaq olar?".

V.Corcikia bildirib ki, M.Avaqyana büstün qoyulması qəsdən törədilmiş təxribatdır və bunun qarşısı alınmalıdır. Abidənin qoyulması barədə mərkəzi hakimiyyət məlumatlandırılmayıb. Büstün qoyulmasını şəxsi təşəbbüs adlandırırlar. Lakin istənilən halda abidə qeyri-qanuni qoyulub və mütləq götürülməlidir.

O deyib: "Bu gün parlamentin binası qarşısına toplaşan Gürcüstan ictimaiyyəti də büstün ucaldılmasını təxribat sayır. Bu addımın məqsədi Gürcüstanla Azərbaycanın arasını vurmaq, Gürcüstanda yaşayan millətləri qarşı-qarşıya qoymaq və qeyri-sabitlik yaratmaqdır. Ona görə də hakimiyyət buna loyal qalmamalı və konkret addımlar atmalıdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Abxaziya   Müharibə   Avaqyan   Cinayətkar  

Abxaziya müharibəsi veteranı: “Hərbi cinayətkara abidə qoymağın özü cinayətdir”

2019/02/photo-1549693068.jpg
Oxunub: 1269     10:21     09 Fevral 2019    