Ermənistanın üçüncü prezidenti, martın 1-də baş nazir postunu tutan və bu hadisələrin nəticəsində dövlət başçısı vəzifəsini qəbul edən Serj Sarkisyan da iki dəfə şahid olaraq dindirilib.
Martın 1-də hakimiyyətdə olan ikinci prezident Robert Köçəryan isə bir neçə aydır şübhəli qismindədir və bu işin günahkarlarından yeganə həbsdə olan prezidentdir. Bundan əlavə, dünən Apellyasiya Məhkəməsi onun vəkillərinin həbs qəti imkan tədbirinin dəyişdirilməsinə dair apellyasiya şikayətini rədd edib.
Lakin Serj Sarkisyanın 2008-ci ilin seçkiləri və martın 1-də baş verən hadisələr nəticəsində ölkənin rəhbəri olması maraqlı faktdır. Ancaq konstitusiya quruluşunun pozulmasına görə ona qarşı ittiham irəli sürülməyib. Bəlkə, Paşinyanın düşüncəsinə görə, o da sadəcə bir şahiddir?
Alpər Mövludoğlu
Ordu.az