Ordu.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran Azərbaycanı özünə dost və qardaş ölkə hesab edir.
"Hərbi sahədə əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan və İranın hərbi əməkdaşlığı ilə əlaqədar İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqerinin Azərbaycana səfərini xüsusi qeyd etmək olar. Bu səfər iki ölkənin hərbi sahədə əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərir", - deyə Cahangirzadə vurğulayıb.
Xatırladaq ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqeri 16-17 yanvarda Azərbaycanda səfərdə olub.
Alpər Mövludoğlu
Ordu.az