Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə cəzaçəkmə idarəsinin ictimaiətlə əlaqələr şöbəsinin rəisi Nona Navikyan bildirib.
2018-ci ilin dekabrın 21-də Manvel Qriqoryan 25 milyon dram müqabilində həbsdən buraxılıb. Dekabrın 24-də prokurorluq Manvel Qriqoryanın həbs qəti imkan tədbirinin dəyişdirilməsinə qarşı apellyasiya şikayət verib.
2019-cu ilin yanvarın 22-də Ermənistanın Apellyasiya Məhkəməsi Respublika Baş Prokurorluğunun ilkin instansiya məhkəməsinin girov müqabilində erməni parlamentinin keçmiş deputatı, "Yerkrapah" təşkilatının sabiq sədri Manvel Qriqoryan barədə qərarına qarşı apellyasiya şikayətinin təmin edilməsinə qərar verib. Nəticədə Qriqoryan yenidən həbs edilib.
Alpər Mövludoğlu
Ordu.az