Babayan Qarabağda müəyyən ərazilərin qaytarılmasına razılıq verib?

2019/02/67702-1549628527.jpg
Oxunub: 1605     16:20     08 Fevral 2019    
Son vaxtlar Samvel Babayanın bəyanatları işğal altında olan Qarabağın müxtəlif bölgələrində məskunlaşan ermənilər tərəfindən sərt qarşılanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ilk növbədə qondarma qurumda nəzərdə tutulan “seçkilər”inin favoritləri Arayik Harutyunyan və Vitali Balasanyan, daha sonra isə məhz onun tərəfindən vurğulanan hərəkat fəalları - Razmik Petrosyan və Armo Tsatryan ona qarşı çıxıblar.

Məsələ burasındadır ki, əslində Babayan “Qarabağ hərəkatı”nın fəal simalarını Serj Sarkisyanın “güzəşt xətti” adlandırılan mövqeyini müdafiə etməkdə ittiham edib. Lakin hərəkat simalarının dediyinə görə, Serj Sarkisyan güzəştlərə yox, onların təklifi ilə Qarabağ məsələsində davam edən danışıqların detallarına toxunub, vasitəçilərin, Azərbaycanın mövqeyini və əsas yanaşmaları təqdim edib, həmçinin Ermənistan tərəfindən həyata keçirilən siyasəti açıqlayıb.

Qeyd edək ki, əldə edilən məlumatlara görə hərəkatın elə həmin üzvləri fərdi söhbətlərində Samvel Babayanın əsl simasını yaxın gələcəkdə açmaqla təhdid edib, xüsusilə müharibədən dərhal sonrakı mərhələdə məhz elə onun tərəfindən “güzəştlərə” getməyə hazır olmasını xatırladıblar. Babayanın bu addımının qarşısının səhra komandirləri tərəfindən alındığı bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Babayan   Qarabağ  

Babayan Qarabağda müəyyən ərazilərin qaytarılmasına razılıq verib?

2019/02/67702-1549628527.jpg
Oxunub: 1606     16:20     08 Fevral 2019    