“Azərbaycan və Ermənistan müharibə astanasındadırlar” - Tomas de Vaal

2019/02/29515-1549620125.jpg
Oxunub: 1927     14:01     08 Fevral 2019    
“Qaynar xətt olaraq Xarici İşlər nazirlərinin bir neçə görüşü və hərbi ritorikanın az da olsa, zəifləməsi müsbət haldır, lakin gərək biz dürüst olaq və qeyd edək ki, iki ölkə demək olar ki, müharibə astanasındadır”.

Ordu.az xəbər verir ki, bunu Qafqaz üzrə ixtisaslaşmış britaniyalı ekspert Tomas de Vaal bildirib.

Ölkələrin bir-birinə təmamilə zidd olan tələblər irəli sürdüyünü diqqətə çatdıran Tomas de Val xatırladıb ki, iki ölkənin orduları arasında gərginlik kifayət qədər azalıb. O, buna sübut olaraq 2018-ci ildə cəbhə xəttində insan itkilərinin sayının azalmasını göstərib. Lakin onun sözlərinə görə, bu lazımi dərəcədə yetərli deyil.

“Azərbaycan hakimiyyəti Paşinyana müəyyən yer vermək istəyir ki, İrəvan tərəfindən bəzi güzəştlər əldə etsin. Buna görə də onlar çox ağıllı davranırlar”, - deyə ekspert qeyd edib.

Onun fikrincə, ehtimal olunan sülh müqaviləsinə əsasən erməni tərəfi keçmiş DQMV-dən kənar ərazilərdən və erməni tərəfinin nəzarətində olan 7 rayonun bir neçəsindən imtina edə bilər.

“Bu baş verməlidir, lakin Azərbaycan tərəfi bunun mümkünlüyünü həddindən artıq nikbin qiymətləndirir. Ermənistan lideri üçün 20 ildən artıqdır nəzarətlərində olan bu ərazilərdən imtina etmək elə də asan deyil”, - deyə Tomas de Val vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Azərbaycan və Ermənistan müharibə astanasındadırlar” - Tomas de Vaal

2019/02/29515-1549620125.jpg
Oxunub: 1928     14:01     08 Fevral 2019    