"Hərbi Sənaye Komitəsinə MN tərəfindən tam nəzarət edilməməlidir" - Karapetyan

2019/02/Captu-1549612782.jpg
Oxunub: 7515     12:12     08 Fevral 2019    
"Hərbi Sənaye Komitəsi müstəqillik dərəcəsinə malik olmalıdır".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin "Mənim adımım" fraksiyasının üzvü Tiqran Karapetyan Şant TV-nin "Perspektiv" verilişində danışarkən deyib.

"Hərbi Sənaye Komitəsinə Müdafiə Nazirliyi tərəfindən tam nəzarət edilməməlidir, müstəqillik dərəcəsi olmalıdır. Eyni zamanda, ordu ilə sıx əməkdaşlıq etməlidirlər.

Əsas alıcı sifarişçi, texniki təyinatlı təklif verən Müdafiə Nazirliyi olmalıdır. İnkişaf yolu, şirkətlərlə qarşılıqlı münasibətlər və tərəfdaşlar Dövlət Hərbi Sənaye Komitəsi tərəfindən seçilməlidir", - deyə Karapetyan qeyd edib.

O, hökumət strukturunda dəyişikliklərin gözlənildiyini bildirib: "Lakin hansı adla olsa da Hərbi Sənaye Dövlət Komitəsi müəyyən müstəqilliyə malik olmalıdır".

Qeyd edək ki, Karapetyan uzun müddət hərbi sənaye şirkətinə rəhbərlik edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-sənaye  


Bizi "telegram"da izləyin