"Bəzi ölkələr İran-Azərbaycan münasibətlərini qısqanır" - Səfir

2019/02/51936-1549611190.jpg
Oxunub: 19629     11:32     08 Fevral 2019    
"Azərbaycan-İran münasibətləri qızıl dövrünü yaşayır".

Ordu.az Azvision.az-a istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib.

O qeyd edib ki, bəzi dövlətlər İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə qısqanclıqla yanaşırlar: "Bütün bunlara baxmayaraq, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Hazırda əlaqalərimiz bütün səviyyələrdə inkişaf edir. Təsadüfi deyil ki, iki ölkə prezidenti son 5 ildə 12 dəfə görüşüb. İran iraqlılardan sonra ikinci ən çox səfər edən Azərbaycan vətəndaşlarıdır".

Səfir vurğulayıb ki, hər iki ölkədə möhkəm sabitlik hökm sürür: "Bu, çox sevindirici haldır. Amma hər iki ölkədə sabitliyə böyük zəhmət çəkilir. Bu, çox əhəmiyyətlidir".

İranlı diplomat əlavə edib ki, iki ölkə arasında 2018-ci ildə iqtisadi əlaqələr 73 faiz artıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İran  


Bizi "telegram"da izləyin