Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin tibb xidməti idrarəsinin rəisi vəzifəsinə Kanaz qarnizon klinik hospitalının sabiq rəisi, həmçinin Mərkəzi hərbi tibb komissiyasının rəhbəri olmuş Sahak Ohanyan iddialıdır.
Qeyd edək ki, Sahak Ohanyanın adı mətbuatda daim xoşagəlməz hadisələrlə hallanıb. Məlumata görə, o, 2013-cü ildə Kanaz hospitalında erməni əsgərlərini döyüb.
Ermənistan Müdafiə Nazirliyinin indiki tibb idarəsinin rəisi isə Qayane Hovhanisyandır.
Alpər Mövludoğlu
Ordu.az