Məmmədyarov, Lavrov və Mnatsakanyan Münxendə görüşəcək

2019/02/14724-1549607412.jpg
Oxunub: 8465     10:29     08 Fevral 2019    
Moskva Lavrov-Mnatsakanyan-Məmmədyarov formatında Qarabağ münaqişəsinin nizamlanması gündəliyi ilə bağlı görüş keçirilməsinə hazırlıq görür.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "TASS" informasiya agentliyinə açıqlamasında bildirib.

Məlumatına görə, görüş Münxendə keçiriləcək.

"Münxendə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla planlaşdırılan görüşün təşkili üçün danışıqlar aparılır", - deyə Zaxarova qeyd edib.

O əlavə edib ki, Lavrov Mərkəzi Asiyaya səfərini başa vurub və bu görüşə hazırlaşır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi digər detalları açıqlamayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   XİN  


Bizi "telegram"da izləyin