"Bizim NATO-ya birləşmək proqramımız yoxdur" - Paşinyan

2019/02/Pashi-1549605963.jpg
Oxunub: 6498     10:04     08 Fevral 2019    
"Bizim NATO-ya birləşmək proqramımız yoxdur. Lakin NATO ilə çox səmərəli əməkdaşlığımız var".

Ordu.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan İsveçrənin RTS telekanalına müsahibəsində deyib.

O, müsahibəsində Rusiya, Avropa İttifaqı və NATO ilə əlaqələr haqqında danışarkən bildirib ki, Rusiya Federasiyası, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı ilə Ermənistanın əlaqələri iqtisadi və təhlükəsizlik baxımından çox vacibdir.

"Avropa İttifaqı ilə əlaqələrimiz isə bizim siyasi sistemimizin, ədliyyə sisteminin islahatlarının və erməni cəmiyyətinin daha müasir və rəqabətqabiliyətli olması baxımından əhəmiyyətli hesab olunur”, - deyə o bildirib.

Paşinyan, həmçinin NATO ilə əlaqələr haqqında da danışıb: "Bizim NATO-ya birləşmək proqramımız yoxdur. Lakin NATO ilə çox səmərəli əməkdaşlığımız var. Biz bu əməkdaşlığı davam və inkişaf etdirmək fikrindəyik".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   NATO  


Bizi "telegram"da izləyin