Ermənistan MN-in hərbi qulluqçusu qəza törədib - 10 yaşlı uşaq yaralandı

2019/02/photo-1549604696.jpg
Oxunub: 13171     09:43     08 Fevral 2019    
Dünən saat 15:00 radələrində Ermənistanın Araqatsotn vilayətinin Aştarak şəhərində qəza baş verib.

Ordu.az "shamshyan.com" saytına istinadən xəbər verir ki, Aştarak şəhər sakini 27 yaşlı Mnatsakan Muradyan idarə etdiyi "Vaz-2016" markalı avtomobillə Aşatarak səhər küçələrindən birində 10 yaşlı P. Narek adlı uşağı vurub.

Məlumata görə, M. Muradyan Ermənistan Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsində qulluq edir.

Qəzanın səbəbi isə uşağın topla oynayarkən, topun yola düşməsi və onun topun dalınca qaçarkən baş verməsi olub. Xəstəxanadan qəzada xəsarət alan uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qəza   Yaralı  


Bizi "telegram"da izləyin