Məcburi köçkün ailələrinə yeni mənzillər verilir - FOTOLAR

2019/02/52136-6198196100.jpg
Oxunub: 13128     18:15     07 Fevral 2019    
Fevralın 7-də Sumqayıt şəhərində qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün ailələrin Abşeron rayonu ərazisində yeni istifadəyə verilmiş müasir tipli yaşayış kompleksindəki mənzillərə köçürülməsinə başlanılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsindən Ordu.az-a verilən məlumata görə, məcburi köçkün ailələri tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş mənzillərə köçürülüb. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb.


Dövlət vəsaiti hesabına inşa edilmiş kompleksdə yeni mənzilə köçürülən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkür ediblər.


Xatırladaq ki, kompleksdəki 1000 mənzilin 77-si birotaqlı, 420-si ikiotaqlı, 406-sı üçotaqlı, 96-sı isə dördotaqlıdır. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Qəsəbə bütün zəruri infrastruktur obyektləri ilə təmin edilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Məcburi-köçkünlər   Mənzil  


Bizi "telegram"da izləyin