Ordu.az xəbər verir ki, bu barədə açıqlama almaq məqsədilə erməni KİV-ləri Vitali Balasanyandan məsələni şərh etməyini xahiş edib.
“Serj Sarkisyanla 2016-cı il aprel döyüşlərindən sonra iki əsas görüşümüz olub. Biri aprelin sonunda, digəri isə iyulun 16-da, Türkiyədə çevriliş cəhdindən bir gün sonra, İrəvanda şəhərin ətraf ərazilərinin və polis alayının tutulmasından bir gün əvvəl baş tutub. Birinci görüşdə prezidentlərin hər ikisi və qondarma qurumun “parlament” fraksiyaları iştirak edirdilər. İkincidə isə iştirak edənlərin sayı daha çox idi. Onların arasında, həmçinin, hərəkat və müharibə veteranları, o cümlədən, ilk dəstə başçısı “Daşnak Aqo” ləqəbli Arkadi Karapetyan da vardı”, - deyə o bildirib.
Görüş zamanı nə müzakirə edildiyini və doğrudanmı istefada olan prezident Serj Sarkisyan tərəfindən Qarabağ tərəfinə güzəştlərə gedilməsi üçün təzyiqlər olduğunu soruşduqda o, belə cavab verib: “Bu görüşlərin yeganə gündəlikdə duran məsələsi, biz, Qarabağ elitası, məsələnin həllini və Qarabağın təhlükəsizliyinin daha da möhkəmləndirilməsi məsələsini necə təsəvvür etdiyimizdən ibarət olub. Bu mövzu ətrafında da sərbəst müzakirə aparılıb. Heç bir məcburiyyət, həm də güzəştlər barədə olmayıb. Biz aydın qeyd etdik ki, Qarabağın statusunda və təhlükəsizliyində hər hansı mənfi dəyişiklik bizim üçün qəbulolunmazdır. O zaman Azərbaycan tərəfi ilə danışıqlara fəal cəlb edilmiş Serj Sarkisyana gəldikdə isə, Sarkisyan çox sadə şəkildə “hər şeydən asılı olmadan, biz müharibəyə hazır olmalıyıq” deyə yekun nəticəyə gəldi”.
Vitali Balasanyanın sözlərinə görə, bu görüşlər zamanı aprel döyüşləri zamanı yol verilən səhvlərdən də müvafiq nəticələr çıxarılıb.
“Serj Sarkisyan söz vermişdi ki, aprel müharibəsi vaxtı İrəvana gəlib çatan nöqsanlar aradan qaldırılacaq”, - deyə V. Balansanyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az